"Amazon" şirkəti bu il ərzində 6 "Amazon Go" mağazası açmağa hazırlaşır
Qaynarinfo Forbes-ə istinadən xəbər verir ki, 2016-cı ildə Vaşinqtonda açılmış mağazanın növbəti filiallarının bu il ərzində istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, "Amazon Go" mağazasında kassa və satıcı yoxdur. Alıcılar istədiyi məhsulu götürür və "smartphone" tətbiqetməsi vasitəsilə proses qeydə alınır və süni intellekt sistemi götürülən məhsulu, qiymətini müəyyənləşdirir.
Bu sistemin gələcəkdə insanların çox olduğu mağazalarda alış-veriş prosesini asanlaşdırmaq məqsədilə istifadəsi gözlənilir.
pia.az