Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Almanlarla oyunda hər şey edə bilərik”


Millimizin futbolçusu Emin Mahmudov müqavilə ilə məxsus olduğu Portuqaliyanın “Boavişta” klubunun saytına müsahibə verib


Qol.az-ın xəbərinə görə, o, Azərbaycan millisi, bu gün Almaniyaya qarşı keçiriləcək oyun və s. barədə fikirlərini bildirib.

- Azərbaycan millisindəki ilk oyununu necə xatırlayırsan?

- Debüt matçım ötən il San Marinoya qarşı olub. Əvvəllər Rusiya millisinin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etmişdim. İkili vətəndaşlığım var.

- Milli komandanı dəyişməyinə nə səbəb oldu?

- Rusiyanın U-15 millisindən başlayaraq 21 yaşadək yığmalarında çıxış etmişəm. Ancaq sonradan Azərbaycan millisindən gələn təklifi qəbul etdim. Burada artıq 3 oyuna çıxmışam.

- Uyğunlaşmaqda problem olmadı?

- Hər hansı bir problem olmadı. Qısa zamanda uyğunlaşa bildim. Düzü, Rusiyada da çıxış etmək mənə rahat idi. Ancaq indi də hər şey qaydasındadır. Azərbaycan millisində özümü rahat hiss edirəm. Baş məşqçimiz texnikalı futbola üstünlük verir. Bu da mənə uyğundur. 

- Bəs, Almaniya ilə oyundan nə gözləyirsən?

- Bizi çətin oyun gözləyir. Almanlar dünyanın ən güclüsüdür. Bunu heyətləri də sübut edir. Buna görə də üzərimizdə təzyiq yoxdur. Belə olan halda hər şey edə bilərik. Bütün oyunlara qələbə üçün çıxırıq. Zamanla inkişaf edirik. Bunun üçün səbrli olmaq lazımdır.

- Ən böyük arzun nədir?

- Milli komanda ilə Avropa və dünya çempionatının final mərhələsində çıxış etmək.

- Portuqaliya Avropa çempionu olanda nə hiss etdin?

- Finalda Portuqaliyaya azarkeşlik edirdim. Çünki Kristiano Ronaldonu çox bəyənirəm. Öz üzərində daim işləyən bir futbolçudur. Bir gün ona qarşı oynamaq ən böyük arzularımdan biridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar