Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Almaniya sabah qalib gələcək” – Millimizin yarımmüdafiəçisi


“Klubumda bir müddətdi ki, stabil çıxış etmirəm. Bu səbəbdən də Azərbaycan millisindən dəvət gözləmirdim. Buna baxmayaraq, almanlarla daha bir oyun olacaq. Həmin vaxta qədər çox şey dəyişə və mən yenidən yığmaya dəvət ala bilərəm”


Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya mətbuatına açıqlamasında Azərbaycan millisinin üzvü Tuğrul Erat deyib.
 
Almaniyanın aşağı liqasında mübarizə aparan “Duysburq”un formasını geyinən 25 yaşlı yarımmüdafiəçi Azərbaycanda çalışmış almanlar barədə də danışıb. 2013-2014-cü illərdə Bernhard Lippertin rəhbərliyi altında U-21 millisində çıxış etmiş Erat 2014-cü ildən etibarən Berti Foqts tərəfindən əsas yığmaya çağırılıb.
 
Yığmada 3 oyunda iştirak etmiş futbolçu Foqtsun Azərbaycan futboluna çox şey qazandırdığını düşünür: “Bernhard Lippert məni çox bəyənirdi və həmişə gənclər yığmasına dəvət edirdi. Mən də U-21-in heyətində bir neçə qol vurmuşam. Onunla çox yaxşı münasibətim var. Millinin keçmiş baş məşqçisi Berti Foqtsla da işbirliyi yaxşı idi. Kənardan baxdıqda Foqts çox çətin adam kimi görünürdü. Ancaq əsas yığmada onunla çalışdıqdan sonra gördüm ki, səmimi insandı, lətifə danışmağı, zarafat etməyi xoşlayır. Əvvəllər yığmanın müdafiə anlayışı aşağı olub. Ancaq Foqtsun gəlişindən sonra Azərbaycan millisi düzgün müdafiə olunmağa və təhlükəli əks-hücumlar qurmağa başladı”.
 
Tuğrul Erat yığmamızın hazırkı çalışdırıcısı Robert Prosineçki barədə də danışıb. Xorvatiyalının hücum futbolunu bəyəndiyini söyləyən millimizin üzvü komandamızın sabah Almaniya önündə şansının çox az olduğunu deyib: “Prosineçki komandaya ispanların futbol üslubunu aşılamağa çalışır. Bunda “tiki-taka”nın da öz təsiri olub. Xorvatiyalı topla çox oynamağı və daim hücum etməyi xoşlayır. Bu seçmə mərhələnin də ilk iki görüşündən sonra azarkeşlərdə eyforiya yarandı. Amma reallıqla barışmaq lazımdı. Almaniyaya qarşı oynamaq çox çətindi. Mənim fikrimcə, sabah almanlar qalib gələcəklər”.
 
Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar