Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Almaniya Qarabağ münaqişəsinin həllində acizdir“


“ATƏT-in keçmiş sədrləri kimi hazırki sədr Almaniya da Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməkdə acizdir. Bunu Almaniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer İrəvan və Bakıda verdiyi açıqlamalar göstərir”


AzVision.az-ın məlumatına görə, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq qeyd edib ki, aprel döyüşlərindən dərhal sonra Almaniya XİN Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 7 maddəlik təkliflər paketinin olduğunu açıqlasa da bu təkliflərin nədən ibarət olduğu aydınlaşmadı: 

“Frank Valter Ştaynmayer bu məsələyə aydınlıq gətirmədi. Böyük ehtimalla bu təkliflər münaqişənin həlli ilə deyil, atəşkəsin qorunmasıyla bağlı idi. Valter Ştaynmayerin bölgəyə səfəri zamanı verdiyi açıqlamalar göstərir ki, Berlin ATƏT-ə sədrlik etdiyi müddətdə cəbhə bölgəsində atəşkəsin qorunmasına çalışır. Çünki, Ştaynmayerin Bakıda verdiyi açıqlamalardan aydın olur ki, Berlin yaxın zamanlarda danışıqlardan nəticə əldə edilməyəcəyi halda bölgədə növbəti eskalasiyanın yarana biləcəyindən ehtiyatlanır. Təsadüfi deyil ki, Almaniyanın xarici işlər naziri atəşkəs rejiminin möhkəmlənməsi üçün lazımı tədbirlər görüləcəyini bildirib. Bu tədbirlər haqqında prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində də fikir mübadiləsi aparılmışdı. Ancaq rəsmi Bakı ATƏT monitorinq qrupunun bir neçə nəfərlə artırılması xaricində “insidentlərin araşdırılması mexanizminin” əleyhinədir, çünki bu Ermənistanın maraqlarına cavab verir və “status-kvo”nun uzanmasına aparır”.

E.Şahinoğlu bildirib ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü Azərbaycanın maraqlartına cavab verir: “Frank Valter Ştaynmayerin Bakıda Qarabağdan olan məcbur köçkünlərlə görüşündə deyib ki, Berlin Dağlıq Qarabağın azərbaycanlı icmasının Dağlıq Qarabağın erməni icması ilə davamlı görüşlərinin keçirilməsinə çalışacaq. Bu təşəbbüsün reallaşması Azərbaycanın maraqlarına cavab verir. Ermənistan hakimiyyəti hər zaman Dağlıq Qarabağın separatçı liderlərini danışıqlara cəlb etmək istəyir. Rəsmi Bakı bunun əleyhinədir və mövqeyi belədir ki, Dağlıq Qarabağın erməni icması sonrakı mərhələdə danışıqlara qatıla bilər, bundan əvvəl isə Ermənistan silah qoşunları Azərbaycan ərazilərini tərk etməlidirlər. Rəsmi Bakı Qarabağın azərbaycanlı və erməni icması arasında dialoqun genişlənməsinin tərəfdarıdır. Ancaq rəsmi İrəvan buna mane olur.

Azərbaycan və Almaniya xarici işlər nazirlərinin Bakıda keçirdikləri birgə mətbuat konfransında iki yeni xəbər də diqqəti çəkdi. Birinci xəbər ondan ibarətdir ki, Fransanın AzərbaycanErmənistan prezidentlərinin növbəti görüşünü Parisdə təşkil etməsinə dair təklifi var. İkinci xəbər isə odur ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana və Bakıya səfər edəcək. Bu səfərlər və görüşlər hələ ki, münaqişənin həllinə yox, atəşkəsin uzunmüddətli olmasına köklənib”.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar