Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aktiv əmək müqaviləsi bildirişlərinin 47,2 faizi qadınlara məxsusdur”


Azərbaycanda əmək və məşğulluq sahəsində ayrı-seçkiliyin hər hansı təzahürlərinə yol verilmədən cəmiyyət üzvlərinin əmək bazarında bərabər iştirak imkanlarına malik olmaları üçün dolğun hüququ təminat sistemi formalaşıb və müvafiq sahədə mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclasında Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb.

İclas Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” 111 saylı Konvensiyasının icrası sahəsində ölkəmizdə görülən işlərlə bağlı BƏT-in Standartların Tətbiqi üzrə Komitəsinin qəbul etdiyi “Müşahidə və birbaşa sorğu” sənədinin müzakirəsinə həsr olunub.

S.Müslümov Azərbaycanda müasir və hüquqi cəmiyyət quruculuğunun mühüm komponenti kimi, əmək və məşğulluq sahəsində milli qanunvericiliyin də demokratik yanaşmalara, hər bir cəmiyyət üzvünün hüquq bərabərliyi prinsipinə əsaslandığını qeyd edib. Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi inkişaf proseslərində də hər bir cəmiyyət üzvünün bərabər iştirakına şərait yaradılıb: “Ölkə qanunvericiliyi əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsini qadağan edir. Bununla yanaşı, qeyd olunan amillərdən asılı olmayaraq, bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanlar verilir”.

Azərbaycanda əmək və məşğulluq sahəsində qadınların kişilərlə bərabər iştirak imkanlarının olduğunu diqqətə çatdıran S.Müslümov bildirib ki, müsbət tendensiya kimi, ölkədə qadınlar arasında məşğulluğun artımı iqtisadi fəal əhali tərkibində qadınların say artımını üstələyir: “Ümumilikdə, 2003-cü illə müqayisədə respublikamızda məşğul əhali tərkibində qadınların xüsusi çəkisi 20,4 faiz artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyatda olan aktiv əmək müqaviləsi bildirişlərinin 47,2 faizi qadınlarla bağlanmış müqavilələlərə aiddir. Digər tərəfdən, 40-54 yaş arasında olan şəxslərlə bağlanmış əmək müqavilələri sırasında kişilərlə müqayisədə qadınlarla bağlanan əmək müqavilələri çoxluq təşkil edir. Məsələn, 40-44 yaş qrupları üzrə bağlanmış əmək müqavilələrinin 51,9%-i, 45-49 yaş qrupları üzrə bağlanmış əmək müqavilələrinin 54,7%-i, 50-54 yaş qrupları üzrə bağlanmış əmək müqavilələrinin 53,2%-i qadınlarla bağlanıb”.

Nazirliyin həyata keçirdiyi aktiv məşğuluq tədbirlərində də qadınların kişilərlə bərabərhüquqlu iştirakına şərait yaradılır. Bu müsbət amil yeni özünüməşğulluq proqramında da özünü göstərir. Proqramda iştirak üçün müraciət edərək müvafiq təlim kurslarına cəlb olunanlardan 431 nəfəri qadınlar olub. Kursları bitirdikdən sonra qiymətləndirmə zamanı həmin qadınlardan 65 faizinin və ya 280 nəfərinin biznes-planları uğurlu hesab edilib. Hazırda digər proqram iştirakçıları kimi onların da biznes-planlarını reallaşdırmaları üçün aktivlərlə təminatı işləri aparılır”. S.Müslümov qeyd edib ki, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması tədbirlərində də qadınların iştirakı təmin olunur. Nazirliyin məşğulluq orqanlarının xətti ilə bu ilin 4 ayında peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 735 nəfəri və ya 47,5 faizi qadınlar olub.

Nazir bildirib ki, ümumilikdə respublikamızda BƏT-in “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” 111 saylı Konvensiyasından irəli gələn öhdəliklərin icrası daim diqqətdə saxlanılır. BƏT-in Standartların Tətbiqi üzrə Komitəsinin qəbul etdiyi “Müşahidə və birbaşa sorğu” sənədində bu sahədə ölkəmizdə mövcud vəziyyətə dair qeydlər də əksini tapıb: “Beynəlxalq Əmək Konfransının gələn ay Cenevrədə 106-cı sessiyası, o cümlədən sessiya çərçivəsində həmin Komitənin iclası keçiriləcək. İclasda digər məsələlərlə yanaşı, qeyd olunan sənədin də müzakirəsi nəzərdə tutulur. BƏT-in Rəhbər Orqanının üzvlüyünə namizədliyini irəli sürmüş ölkəmiz üçün həmin müzakirələr və onların nəticələri xüsusi əhəmiyyət kəsb edir”.

İclasda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya tərəfindən BƏT-in “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” 111 saylı Konvensiyasının icrası sahəsində ölkəmizdə görülən işlərlə bağlı BƏT-in Standartların Tətbiqi üzrə Komitəsinin qəbul etdiyi “Müşahidə və birbaşa sorğu” sənədi ətraflı müzakirə edilib. Komissiya həmçinin sənəddən irəli gələn məsələlərə uyğun olaraq, əmək və məşğulluq sahəsində bərabər imkanların yaradılmasına, bu sahədə daimi və çevik nəzarətin təmin olunmasına, ölkəmizdə sosial tərəfdaşlıq mexanizminin inkişafı yönündə aparılan işlər, üçtərəfli formatda həyata keçirilən tədbirlər və s. barədə əlavə və dolğun məlumatların hazırlanaraq Komitəyə təqdim olunması ilə bağlı görüləcək işləri müəyyən edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar