Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ağıllı” xizək hazırlandı


Dağ xizək ləvazimatlarının istehsalı ilə məşğul olan “Rossignol” şirkəti “PIQ” elektronika istehsalçısı ilə birlikdə idmançı üçün aktual informasiyanı göstərən ekranın quraşdırıldığı xizək prototipi hazırlayıb


Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, peşəkar idmançılar və həvəskarlar məlumatın göstərilməsi üçün bəzən bilərzik şəklində olan “ağıllı” qolbaqlardan istifadə edirlər, lakin belə qurğular bir sıra çatışmazlıqlara malikdir. Belə ki, onlar aktual informasiyanın fasiləsiz göstərilməsi üçün yaramır. Məsələn, saat şəkilli klassik “ağıllı” qolbağın ekranı üst geyimin qollarına görə görsənməyə bilər. Bundan başqa, bilərzikdə olan ekrana aktiv idman növləri ilə məşğul olan zaman baxmaq narahatlıq yaradır.

İki şirkət tərəfindən təqdim edilən xizək prototipi “Hero Master” xizəyinin modifikasiya edilmiş versiyasıdır. Xizək hazırda işlək prototip şəklindədir və mütəxəssislər yaxın vaxtlarda “ağıllı” qolbaqla təchiz edilən xizək ləvazimatlarının seriyalı istehsalına başlamağı planlaşdırmırlar.
 
Bildirilir ki, sistem real vaxt rejimində ötürücülərdən məlumat toplayan və onları emal edərək tez bir zamanda sürəti, yüklənməni və ya dönmə bucağını öyrənməyə imkan verən “PIQ Robot” mikrokompüterindən istifadə edir. Həmçinin xizəkdə istifadəçiyə bütün lazımi informasiyanı asanlıqla görməyə imkan verən işiq diodlu indikator quraşdırılıb. Qısa təsvirdən mikrokompüterin xizəyə quraşdırılması, eləcə də göstərilən informasiyanın xizək sahibinə necə kömək etməsi tam aydın deyil. Güman etmək olar ki, belə məlumatlar müxtəlif akrobatik elementlərin öyrədilməsi və məşqi zamanı aktuallıq kəsb edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar