Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ağıllı” şəhərin tikintisi başladı - Fotolar


“Panasonic” istehlak elektronikası istehsal edən məşhur şirkətlərdən biri olsa da, son illərdə yüksək texnokloji şəhər dizaynları istiqamətində inkişaf edir


Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, şirkətin bu sahədə ən böyük layihəsi 2026-cı ildə sonlanması planlaşdırılan və ABŞ-da tikiləcək “ağıllı” şəhərdir.

Bu layihə “Panasonic” şirkətinin “CityNow” adlı böyük proqramının bir hissəsidir. Məlumata görə, layihə Kolorado ştatındakı Denver adlı hava limanına yaxın ərazidə reallaşdırılacaq. 162 hektarlıq boş ərazidə artıq pulsuz Wi-Fi qovşağı, işıq diodlu küçə fənərləri, havanın çirklənməsini ölçən ötürücülər, günəş panelləri və izləmə kameraları yerləşdirilib.

Elektroenerjinin kəsilməsi halında rayon 72 saat ərzində avtonom şəkildə var ola biləcək. “Ağıllı” şəhərin funksionallığında əsas rolu pilotsuz nəqliyyat növləri oynayacaqlar. Artıq yaz fəslində orda pilotsuz avtobuslar istifadəyə veriləcək. Gələcəkdə ərazinin 24 km-lik şossesində yüksək texnoloji “Road X” sistemi quraşdırılacaq. Həmin sistem pilotsuz avtomobillər ilə məlumat mübadiləsi aparacaq və məsələn avtomobillərə optimal yolu məsləhət görəcək.

Layihənin bu hissəsinin qiyməti 72 milyon dollardır və ABŞ-ın Nəqliyyat Nazirliyi ilə birlikdə hazırlanır. Yeni texnologiyalar Denver ərazisi sakinlərinin həyatlarını sadələşdirəcək. Məsələn ağıllı fənərlər enerjinin az miqdarda sərf olunmasını təmin edəcək və “işıq çirklənməsi”nin qarşısını alacaq. Kolorado ştatının paytaxtının əhalisi hər il 15 min insan şəklində artır. Bu cür göstərici isə yollarda tıxac və əlverişli yaşayış yerlərinin tapılması problemlərini yaradır.

Yeni rayonda olacaq innovasiyalar bu cür problemləri aradan qaldıracaq. Layihənin uğurlu olacağı halında bu cür şəhərlər ABŞ-ın digər yerlərində də yaradıla bilər.





pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar