Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ağıllı“ saatlar üçün sistem yaradılır”


İsveçrənin “Swatch” brendi daşınan elektronika üçün əməliyyat sistemi hazırlamağa başlayıb


Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət rəhbəri Nik Hayek "Bloomberg" agentliyinə müsahibədə bildirib ki, "Swatch" təkcə "ağıllı" saatlar istehsal etmək yox, "Apple Watch" saatları üçün "watchOS" əməliyyat sistemi təqdim edən "Apple" və "Tizen" əməliyyat sistemli saatlar hazırlayan "Samsung" şirkətləri ilə rəqabət aparmağı düşünür.

Məlumata görə, N.Hayek bəyanatı digər İsveçrə şirkəti "TAG Heuer" 1650 dollar dəyərində "ağıllı" saatlar təqdim etdikdən bir neçə gün sonra səsləndirib. "TAG Heuer" saatları "Google" şirkətinin "Android Wear 2.0" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Şirkət rəhbərinin sözlərinə görə, daşınan elektronika istehsalçıları məhsulu miniatür şəklə salmalı və şəxsi əməliyyat sisteminə malik olmalıdırlar. "Swatch" rəhbəri hesab edir ki, şəxsi əməliyyat sistemi şirkətlərə müasir qurğular üçün çatışmazlıq kimi xarakterik olan avtonom iş vaxtı üzərində böyük nəzarətə imkan verəcək.

Yeni platforma ilə təchiz edilən ilk "Tissot" modelinin 2018-ci ilin sonunda nümayiş ediləcəyi gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar