Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ağdama getmək təhlükəlidir”


“Qarabağ”ın futbolçusu ispanlara danışdı


Ölkəmizi Çempionar Liqasının qrup mərhələsində təmsil edəcək “Qarabağ”ın ispaniyalı futbolçusu Dani Kintana ölkəsinin mətbuatına müsahibə verib. “Qafqazinfo” müsahibəni diqqətinizə çatdırır:

- “Qarabağ”a necə gəlmişdiniz?

- Səudiyyə Ərəbistanda qısa bir karyeradan sonra Azərbaycana gəldim. Ora isə Polşadan getmişdim. Ağdam klubuna gəldiyim vaxtda 6 ay mənim üçün çox çətin keçdi. Çünki burada 6 ay futbol oynaya bilmədim. FİFA qaydalarına görə bir il ərzində 3-cü komandada çıxış edə bilməzdim. 

- Başaqa klublardan təklif almışdınız?

- Bir neçə klubdan təklifim var idi. Hamısı əla təkliflər idi. Amma mən düşünməli və uzun müddət qala biləcəyim bir yeri seçməli idim. Bu səbəbdən "Qarabağ"a gəldim. Çünki bu komandanın konkret hədəfləri, məqsədləri var. 

- AzərbaycanAvropa mədəniyyəti fərqlidir. Çətinlik olmadı?

- Səudiyyə Ərəbistanda oynadığım üçün heç bir problemim olmadı. Çünki mən sadəcə insanam və açıq fikirli biriyəm. Buna görə uyğunlaşdım.

- İlk illər necə idi?

- Mən bura gəldiyim il komanda çempion oldu. Amma ikinci il uğursuz sayardım. Dizimdən ciddi zədə aldım. Mövsümün ikinci yarısında tamamilə futboldan uzaq düşdüm. Bu çox çətin idi. Ümid edirəm ki, hər şey düzələcək. 

- 24 ildir ki, öz şəhərindən ayrı düşən bir komandaya başqa şəhərin azarkeşlərin münasibəti necədir?

- Azərbaycan və "Qarabağ" adının Avropada eşidilməsinə şadıq. Çünki avrokuboklarda oynayanda bütün ölkə biiz dəstəkləyir. Qarabağ bölgəsində nə baş verdiyini hamıya çatdırmaq lazımdır. 

- Ağdama gedib klubun köhnə bazasını gəzmək imkanınız olub?

- Xeyir. Mən bu bölgəni gəzmək imkanım olmayıb. Bunun çox təhlükəli olduğunu düşünürəm və burada məsləhət görülmür. 

- Bu hekayəni hər kəsə danışır?

- Burada ailələrindən kimlərisə itirən oyunçular var. Müharibədə onlar vəfat ediblər. Bu futbolçular bizimlə tez-tez danışır. Bildirirlər ki, biz "Qarabağ" üçün deyil, bütün xalqımız üçün oynayırıq. 

- ÇL-in qrup mərhələsi sizin üçün nə deməkdir?

- Klub əhəmiyyətli uğurlara nail olmaq üçün illərlə çalışıb. Aydındır ki, bu çətin proses idi. Amma sonunda biz mükafatımızı aldıq. Ölkəyə gəldikdə isə hər kəs bu uğurla qürur duyur. 

- Rəqibləriniz haqqında nə deyə bilərsiz?

- Mən qrupa görə sevinirəm. Çünki biz Çempionlar Liqasında oynayıb təcrübə qazanacağıq və bu bir zövqdür. Belə yüksək səviyyəli komandalara qarşı çıxış etmək möhtəşəm hissdir. Aydındır ki, çox mürəkkəb, çətin matçlar olacaq. Biz asan təslim olmayacağıq. Sona qədər mübarizə aparıb yüksək imic formalaşdırmağa çalışacağıq. 

- Azərbaycan çempionatının digər ölkələrdən fərqi nədir?

- Burada 4 dövrəli 8 komandalı çempionat var. Bu mənfi haldır. Amma çempionatdakı komandalar hamını təəccübləndirəcək gücə qadirdir. 

- Nəhayət Qurban Qurbanov haqqında...

- Açıq fikirləri olan və futbolu yaxşı bilən məşqçidir. Futbolçunu çox yaxşı tanıyır. Daha əvvəl heç vaxt münasibəti olmayan futbolçu ilə necə əlaqə saxlamalı olduğunu biliri. Onu əsəbdən qışqırmağını görmək çox çətindir. Sadəcə uzun illər çalışdığı, çəkdiyi əziyyətin bəhrəsini görüb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar