Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Açıq-saçıq səhnələrdə kişilər daha çox həyəcanlanır”


Müsahibimiz “Nar bağı” filmində baş rol ifaçlarından biri İlahə Həsənovadır


- İlahə, qapalı, məsafəli davranan adam təsiri bağışlayırsız, üzdə də çox deyilsiz və birdən yaxşı iş ortaya qoyursuz. Düşünülmüş davranışdır, yoxsa xarakterinizdir?
 
- Yox, qətiyyən. Xarakter məsələsidir. Əslində xaraktercə məsafəli deyiləm, sadəcə ən yaxın rəqifəmin özəl, iş həyatı ilə bağlı məsələlərində belə dərinə getmirəm, özüm də kimisə dərinliyimə buraxmıram. Həmkarlarımdan kiməsə də deməmişəm ki, sən pis oynayırsan. Ona görə yox ki, yaxşı adamam. İçimdən gəlmir bunu demək. Bir də qapı döyüb rol istəməmişəm. Rollar sanki mənə təsadüfən gəlir, şans kimi. Əsasən oyunumu bəyənəndən sonra təkliflər gəlir. Az oynayıram, hətta düşünürəm bu, yaxşıdır. Çünki, bir az kənara çəkilirsən, başqa cür baxırsan. Qoyulan tamaşalarda elə bir rol da yoxdur ki, deyim, bu, mənim rolumdur. Özümə uyğun rol görmürəm hələ ki.
 
- Əvvəl deyəsən Bələdiyyə Teatrında işləmisiz?
 
- İncəsənət Universitetində kurs rəhbərim Ağakişi Kazımov idi. Onda Amaliya xanıma gənclər lazım idi. Mən və üç tələbə yoldaşım ora getdik. Baş rollar da oynayırdım. Amma hiss edirdim ki, istədiyim bu deyil, nəsə öyrənmirəm, özümü tapa bilmirəm. Axı, təkcə Stanislavski sistemini bilməklə iş bitmir. Nələrsə gəlməlidir üstünə. 6-7 ay işlədim və öz istəyimlə çıxdım.
 
- Sonra?
 
- Ordan çıxandan sonra çox düşündüm, ya Cənnət Səlimova, ya da Vaqif İbarahimoğluyla çalışmaq istəyirdim. Alınmasaydı, bu peşədən gedəcəkdim. Öyrənməyə ehtiyacım vardı. Getdim Cənnət xanımın yanına, dedi, çox istəyərəm, amma yerim yoxdu. Vaqif müəllim qəbul elədi. Gözləmədiyim şeylər öyrəndim, anladım ki, bu sənət nədir, proses necə gedə bilər, aktyorluğun başqa tərəflərini gördüm. Yəni təkcə sənətə yox, həyata baxışım dəyişdi. İncəsənətdə əlifbanı oyrənirsən, amma sonra özün nəfəs almağa başlayırsan. Çox az qaldım Yuğda, iki il işlədim.  Ona kimi “Don Kixot”u maraqlı variantda oynadıq. Tamaşanın adı “Psix” idi. Ondan sonra Vaqif müəllim dedi ki, tamaşam olacaq “Azdrama”da - “Lənkəran xanının vəziri”... Orda da oynayarsan, burda da. Biz orda tərəf-müqabil idik Hikmət Rəhimovla. Sonra da xəstələndi.
 
- Yəni seçiminiz doğru oldu?
 
- İnsan həyatda nə qazanırsa seçimindən qazanır. Mən Bələdiyyədə işləyə bilərdim, amma Vaqif müəllimi seçdim. Hisslərimə inandım. Ordan çıxanda heç bilmirdim nə olacaq. Bu seçim başqa seçimlər gətirib.
 
- Və Şamil Əliyevin “Çölçü” filmində baş roldan imtina etdiniz.
 
- “Çölçü”nün ssenarisini Vidadi Həsənov yazmışdı, təklif ondan gəldi. Bəlkə çəkilsəydim daha yaxşı olardı, amma özümdən asılı olmadı. Materialı oxudum, gördüm, mənlik deyil. O qızın ağrısını hiss edə bilmirdim, görmürdüm, başa düşürdüm, təxmini təsəvvür edirdim, amma acıtmırdı, içimə sinmirdi. Bu günədək də filmə baxmamışam. “Hədiyyə”ni oxuyanda isə maraqlı gəldi. Eminə (filmin rejissoru Emin Əfəndiyev - S.S.) dedim ki,  bilmirəm necə görünə bilərəm, tərəddüdüm var. Pis alınmadı, amma bəzi yerlər daha yaxşı ola bilərdi.
 
- Aktyorun hansısa roldan imtinası normaldır. Amma bunun üçün siz daha gənc deyilsizmi? Təcrübə ola bilərdi hər halda
 
- Dostlarım deyir ki, seçmə, oyna. Teatrda bu, mümkün deyil. Verirlərsə rolu oynamalsan. Uşaq tamaşalarında da oynamışam, zövqlə işləmişəm. Amma filmdə seçiciyəm. Təbii ki, bütün rollar mənim xarakterimə uyğun ola bilməz, olmamlıdır da. Obrazı təsəvvür etməsəydim belə, əziyyət çəkib oynayardım. Sadəcə, ümumi materiala baxanda  düşündüm ki, uğurlu olmayacaq. İstəyirəm ki, ümumi material uğurlu olsun. Partnyoru da düşünəsən. Elədiyin iş görünsün, təqdim olunsun. Hətta yaxşı oynasan belə təqdim oluna bilmirsə filmin mənası olmur.
 
- Bir az da rejissora olan inamsızlıqdan qaynaqlanır?
 
- Aha, ola bilər.
 
- Rol üzərində işləyəndə daha çox rejissorla işə arxayınsınız?
 
- Rejissor deyə bilər ki, üslubum, fikrim, ideyam budur, səndən bunu istəyirəm, rolunu belə görürəm, amma filan hərəkəti elə, ağrılarını belə görürəm, yerişi, danışığı o müəyyən etsin, hansısa xırdalıqları desin, bunları deyə bilməz. Heç bir rejissorla belə işləmirəm. Onda prosesi hiss edə bimərəm. Onları mən müəyyən edirəm. Təəssüf ki, bizdə müəllimlər yoxdu. Deyək  ki, material verilir mənə, mən də onu müəllimlə işləyim. Bizdə belə müəllimlərə ehtiyac var, təkcə teatr səhnəsi üçün yox, kino aktyorluğuna hazırlayan müəllimlər olmalıdır. Tək də işləyərəm,  amma ikinci göz, ikinci fikir vacibdir.
 
- Onda individual necə işləyirsiz?
 
- Oxuyuram, fikirləşirəm, o üslubda tamaşalara baxıram, necə oynayırlar. Hansı məqamda hisslər necə ola bilər. Hazırlıq prosesi qab yuyanda da, saçımı darayanda da beynimdə gedir, düşünürəm ki, belə də olmalıdır. Bizdə problem odur ki, teatr aktyorluğunu kinodan ayırırlar. Mən İncəsənət Universitetinin dram teatr aktyorluğunu bitirmişəm. Kino aktyorluğunu bilmirəm. İncəsənət Universitetində kino aktyorluğu öyrədilmir. Düşünürəm ki, aktyor teatrda da, kinoda da oynamağı bacarmalıdır. Bacarmırsa, öyrənməlidir. Bəzən deyirlər ki, kino aktyorları səhnədə enerjisiz qalır, iki saat səhnədə yükü çəkə bilmir. Hamısı bu səbəbdəndir.
 
- İlk dəfə sizi “Teleskop” tamaşasında görmüşəm. Onda düşünürdüm ki, nə əcəb “Azdrama”nın səhnəsində pafossuz oynayan aktrisa var.
 
- Mənə ən çox tutulan irad odur ki, üz ifadələrin azdı, emosiyaları çoxalt, ağlayıram, deyirlər ağlamağını görmürük, hıçqırtılar ver. Bunun da səbəbi odu ki, mən Yuğdan “Azdrama”ya gəldim, başqa məkan, başqa estetikalardır.
 
- Yuğda “Kafka” tamaşasında çılpaq rəqsi eləmisiniz. “Nar bağı”nda da açıq səhnədə oynayırsınız. Açıq səhnələrdən sakit, əminliklə danışırsınız. Bu əminlik hardandır?
 
- Bu səhnələri oynamağı qəhrəmanlıq saymıram. Hətta ssenarini oxuyanda gözümə birinci o səhnə çarpmadı. Başqa şeylərə yönəldim. Material  keyfiyyətsiz olsaydı, onu heç vaxt etməzdim. “Teleskop”da da axırda Füzuli Hüseynovla öpüş səhnəsi var, onsuz mümkün deyildi. Materiala xitab edir. “Topal Teymur”da Olqanı oynayırdım, bir-iki yerdə vacib idi. Qəti demirəm ki, çəkilərəm, ya çəkilmərəm, hər şey materialdan asılıdır. Təxmini bilmişəm ki, ümumi materialda batmayacaq. Niyə sakit qəbul edirəm? İstəyirəm, biz artıq bu kompleksdən çıxaq. Sizi inandırım ki, bu tamaşaçıdan çox aktyor camesində müzakirə olunur. Gülməli olan odur ki, aktyor buna ayıb deyir. Mən açıq səhnədə oynayıramsa, sabah da başqası oynasa norma olacaq. Yəni bunu bir norma kimi qəbul etmək lazımdır. Sadəcə işimə peşəkar yanaşıram.
  
- “Nar bağı”nda o səhnəni oynamaq psixoloji çətin oldumu?
 
- Çətin olmadı. Özüm də bilmirdim necə alınacaq. Bilmirəm niyə, bu səhnələrdə qadınlardan çox kişi aktyorlar həyəcanlanır. Mən daha rahatam.
 
- Böyük filmdə ilk işinizdir. Bu komandayla işləmək sizə hansı təcrübəni verdi?
 
- İlqarla işləmək rahat oldu. O mənada ki, basqı sevmirəm. Məsələn, rejissor var ki, meydanda bağırır, təhqirə keçir. Boğularam, işləyə bilmərəm. İlqar səbirlidir, anlayışlıdır. Məsələn, elə şey vardı, deyirdim, filan şeyi edim bir dubla, ya spontan nəsə gəlirdi, anlayışla qarşılayırdı. Nə yaxşı ki, bu filmə çəkildim.
 
- Ssenaridə diqqətinizi nə çəkdi?
 
- Birinci sosial problem. Fikirləşdim ki, nəhayət, sosial problemlər kinoya gətirilir. Və bu problemlərin  içində qadının faciəsi var: ər həm var, həm yox kimidir, nə qadın kimi qadındır, nə ana kimi anadır. Daha çox rayonlarda aktualdır. Belə bir qadın obrazı oynamaq maraqlıydı. Amma deyim ki, o qadına müsbət obraz kimi baxmıram, yazığım da gəlmir. Müti olduğuna görə. Üsyan eləməliydi vəziyyətinə, nəsə edərdi, məsələn, iş tapardı, öz həyatını qurardı.
 
- Personajın durumunu hansısa ağrılarınızla eyniləşdirib oynayırdınız?
 
- Ordakı ağrılarda demək olar ki, hamısı mənəm. Görüntü olaraq Saradır. Məsələn, ərim məni atıb 12 il getməyib. Onu yaşamamışam. Orda mən öz şəxsi ağrımı vermişəm. Təbii ki, hər ağrını vermək olmaz, ona yaxın olanı seçmək atıq texnikadır.
 
Yaxud ömrümdə nar təmizləməmişəm. İlk dəfə filmdə elədim. Nar təmizləmə səhnəsində anamı xatırlayıb oynamışam. Düzdü mən əldən çevikəm. Göstərdilər, təmziləməyə başaldım. Amma hiss elədim ki, naşı görünür. O zaman uşaqlığıma getdim, anamın yun çırpmağı gəldi ağlıma. Təmizlədikcə onu xatırlamışam. Bunlar hamısı texnikadır. Bu məqamları rejissorla işləyə bilməzsən.
 
- Qadınlar adətən kamera qarşısında gözəl görünməyə çalşırlar. Belə kompleksiniz var?
 
- Yox. Amma əvvəl vardı. Vaqif müəllim deyirdi ki, hər halınızda gözəl görünməyə çalışmayın. Məşhur aktrisanın müsahibəsini oxuyurdum, uğurlarınızı nəyə borlusunuz sualına çirkin görünməyimə cavabını verir. 12 il ərsiz qalan qadın necə görünməlidir? Səliqəsiz, baxımsız görünməyə çalışırdım. Dırnaqlarmı da kəsdim, nar soydum ki, barmaqlarım qaralsın. Dedim bəlkə badımcan da doğrayım ki, qaralsın əllərim. Dedilər, ekranda çox çirkin görünəcək. Yəni aktyor fəhlə kimi olmalıdır.
 
- Fakturanız soyuqdur, sanki emosiyaları soyuqluğunuzdan keçirərək ötürürsünüz.
 
- Avropa oyun tərzi mənə daha yaxındır. Emosiyaları qışqıraraq yox, təmkinli göstərməyin tərəfdarıyam. Düzdür, Kusturitsanın filmlərində emosiya lazım olduğundan çoxdur, amma onu tapa bilib, üslubunda oturdub. Özümü konkret üsluba salmaq istəmirəm. Çalışıram ki, hər üsluba uyğunlaşım. Bəlkə də başqa rejissor “Nar bağı”nı çəksəydi fərqli bir şey alınardı. Mən də tamam fərqli oynardım.
 
- Filmlər izləyirsiniz?
 
- Vaxtım olduqca. Olur ki, hansısa rejissorun filmlərini ard- arda izləyirəm: Kim Ki Dukun, Fellininin, Antonioninin..
 
- Hansı aktyoru bəyənirsiz?
 
- Entoni Hopkinsi... Master-klasslarına da baxıram. (kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar