Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Abituriyentlərin intiharına görə mətbuat günahkardır”


“Ailələrin dağılması ciddi problemə çevrilib”


Bunu Milli Məclisdə (MM) “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən ictimai müzakirələrdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bunun səbəblərindən biri də valideynlərin ailəyə müdaxiləsidir: 

“Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili var. Deyirlər, yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil”.

Onun qeyd etdiyinə görə, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var:

“Bir çox hallarda telekanallara ailədən xəbəri olmayanları çıxarırlar, təbliğ edirlər. Mən şou-biznes əhlini nəzərdə tutmuram, çünki onların öz dünyası, öz yaşam tərzi var, amma bəzən elələrini efirə çıxarırlar ki, onun “ailə nədir” anlayışı belə yoxdur.

Və yaxud, bir neçə gün bundan öncə, abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi.

Keçmişdə belə halları təbliğ etmirdilər, gizlədirdilər. İndi isə bunları yayırlar, təbliğ edirlər və nəticədə, bu cür ağrılı hallar yaşanır”. (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar