Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AXCP-də ”Taliban təfəkkürlü adamlar var


“İqtidar müxalifətin toyuna gedə bilməzmi” sualı ətrafında polemika səngimir


Keçmiş deputat İkram İsrafilin oğlunun toyuna iqtidaryönümlü şəxsləri dəvət etməsi ətrafında yaranan narazılıq səngimək bilmir. 

Sosial şəbəkələrdə AXCP üzvləri açıq şəkildə Müsavat funksionerini hakimiyyətə işləməkdə ittiham edirlər. 

İkram İsrafili ittiham edənlər əsas səbəb kimi, YAP-çı  deputat Aydın Mirzəzadənin toyda iştirakını göstərirlər. Hər iki şəxsin məclisdə çəkdirdikləri şəkli paylaşaraq tənqid və təhqirlər səsləndirirlər. İkram İsrafil və Aydın Mirzəzadə mətbuata açıqlamalarında onları tənqid edənləri sərt şəkildə qınayıblar. 

İkram İsrafillə bir dövrdə parlamentdə təmsil olunmuş Pənah Hüseyn xeyir və şər işlərində siyasi mənsubiyyətin əsas götürülməsini doğru hesab etmədiyini bildirdi: “Dəvət edənlə olan münasibətə baxır. Siyasətçi olub- olmaması əsas götürülməməlidir. Siyasi mənsubiyyəti də önəmli deyil”.

İqtidaryönlü deputat Zahid Oruc bu cür fikir səsləndirən AXCP üzvlərini “Taliban təfəkkürlü adamlar" adlandırdı: “Siyasi mənsubiyyətindən asılı olmayaraq, müxtəlif mühitlərdə insanların münasibətləri formalaşır. Bu hər cür şəraitdə ola bilər. Ümumiyyətlə, xeyir işlərə dəvət olanda qarşıya məqsəd qoyulmur ki, yalnız tanıdıqlarını dəvət etməlisən. Seçim əsasında olur. Belə dəvətləri süngü ilə qarşılayan insanlar ola bilsin ki, Əfqanıstan müxalifəti deyillər, amma onların təfəkküründə talibançılığın oturuşmasından əminəm. Bu insanların təfəkkürü qara zehniyyətdir. Bu təfəkkürlə hakimiyyət uğrunda mübarizə aparırlar? Bu bolşevizmdən də daha təhlükəlidir. İŞİD-in bir qadını daşqalaq etməsi ilə bunlar arasında heç bir fərq yoxdur. Sizlər nə haqla 1937-ci ildə insanların bir-birindən fərqləndirilməsini, çıxdaş edilməsini qınayırsınız? Hamı onların maddi kontekstini çox gözəl bilir. 

Artıq miflərlə yaşadığımız zamanlar arxada qalıb. Əli Kərimli çevrəsinin gerizəkalılığı insanları düşündürməlidir. Onlar doğrudan da iqtidar olmaq istəyirlər? İnsanları siyasi mənsubiyyətinə görə fərqləndirənlərdən dövlət idarə edən olmaz. Onların çevrəsində olan Cəmil Həsənli xeyir işinə müxtəlif çevrələrdən olan insanları hansı prinsiplərlə dəvət etmişdi? Bunları düşünmürlər. İndi İkram İsrafil üzərindən hərəkətə keçiriblər. Bunlar Əli Kərimlinin qara zehinli insan olmasına işarədir. Çox insanlarla siyasi müstəvidə polemikalarımız olub. Lakin bunu xeyir və yas işlərinə aid etməmişik. Şəxsi münasibətlər tamam başqa anlayışdır. Biz hər zaman istər debat istərsə də, diskussiyalar olsun, daim öz əqidəmiz uğrunda mübarizə aparmışıq. Belə də olmalıdır. Siyasi mədəniyyətdən geri qalmış, feodal təfəkkürü ilə yaşayan insanlar bunu anlaya bilməzlər”.




ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda siyasi mədəniyyətin aşağı səviyyədə olduğunu qeyd etdi: “Bir çox insanlar çalışır ki, siyasəti məişət, şəxsi münasibətlər səviyyəsinə çatdırsın. Ümumiyyətlə, Azərbaycanda siyasi mədəniyyət çox aşağıdır. İqtidarın özündə də belə insanlar var ki, müxalifətçiliyi şəxsi düşmənçilik kimi qəbul edirlər. Müxalifət və iqtidar bu mənada eyni təfəkkürə malikdir. İqtidar və müxalifət liderləri bu istiqamətdə addımlar atmalı idilər. Şəxsən mən hakimiyyətdə münasibətim olan bir şəxs olarsa, həmin şəxsin toyunda, yasında iştirak edərəm. Eyni zamanda toyuma dəvət edərəm. Bu əslində iqtidar-müxalifət arasında dialoqun alt yapısıdır. Cəbhəçilərin bu hərəkətini yanlış hesab edirəm. Toya kimsə getdisə, nə baş verdi? Getməzsə nə baş verəcək? AXCP rəhbərliyi bəyanat verir ki, biz siyasi dialoq tərəfdarıyıq. Adama deyərlər ki, dialoq tərəfdarısansa, insanların şəxsi münasibət qurmalarına niyə belə reaksiya verirsiniz? Türkiyədə Ərdoğan xəstələnəndə bütün müxalifət liderləri onu ziyarət etdilər. Azərbaycan müxalifəti bundan nümunə götürməlidir. Partiyalar xalqın nailiyyətidir. İnsanlar partiyaları şəxsləşdirməməlidir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar