Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ATƏT PA-nın sessiyasında mühüm məsələlər müzakirə olunacaq“


Bu sözləri AZƏRTAC-a ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev deyib


Azay Quliyevin sözlərinə görə, sessiya çərçivəsində bir çox aktual mövzulara, o cümlədən “yalançı” (fake) xəbərlər, iqlim dəyişikliyi, silahlar üzərində nəzarət, miqrasiya, terrorizm və humanitar məsələlərə dair müzakirələr aparılacaq. ATƏT rəsmilərinin qeyd olunan mövzulara dair məruzələrini dinləmək, o cümlədən İtaliyanın ATƏT-ə sədrlik etdiyi dövrdə üstünlük verdiyi əsas istiqamətlərlə tanış olmaq imkanı yaranacaq.

Qurumun vitse-prezidenti bildirib ki, qış sessiyası çərçivəsində ATƏT PA-nın Daimi Komitəsinin və o cümlədən təhlükəsizlik və siyasi məsələlər, insan haqları, demokratiya və humanitar məsələlər, iqtisadiyyat, elm, texnologiya və ətraf mühit məsələləri komitələrinin birgə və ayrılıqda iclasları olacaq.

A.Quliyev onu da bildirib ki, komitə iclaslarında cari il iyulun 7-11-də Berlində keçiriləcək illik sessiyada qəbul olunacaq qətnamə layihələri də müzakirə olunacaq.

Azay Quliyev fevral ayının 22-də Hofburqda ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun (SRG) növbəti iclasının keçiriləcəyini də qeyd edib. İclasda qurumun əsasnaməsinə əlavə və dəyişikliyin edilməsi, Yunanıstan və Moldovanın üzvlüyə qəbulu, qədim İpək Yolunun bərpası və nəqliyyat dəhlizlərinin inkişafı haqqında qətnamə layihəsi, martın 13-14-də Azərbaycanda keçiriləcək Beynəlxalq Bakı Konfransına dair müzakirələrin aparılacağını bildirib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar