Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ATƏT PA-nın Bakı ofisi ilə bağlı müzakirə açılsa, cavabları veriləcək”


Sabah Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yay sessiyası başlayır


ATƏT Parlament Assambleyasının (PA) iyulun 5-9-da Helsinkidə keçiriləcək illik sessiyasının plenar iclasında müzakirəyə çıxarılacaq qətnamə layihəsində “dondurulmuş” münaqişələrin həlli ilə bağlı hissədə Moldova (Dnestryanı), Gürcüstan (Cənubi Osetiya, Abxaziya), Ukrayna ilə yanaşı, Azərbaycan (Dağlıq Qarabağ) məsələsi də əksini tapıb.

ATƏT PA-nın rəsmi saytına istinadən verilən məlumata görə, təşkilatın Siyasi Komitəsində müzakirə olunacaq qətnamə layihəsində isə “Cənubi Qafqazdakı münaqişələr” adlı hissə yer alıb.

Maraqlı məsələlərdən biri də ATƏT-in Bakı ofisinin bağlanmasından sonra bu qurumun Azərbaycana olan qərəzli münasibətidir.

Hətta sessiyada bununla bağlı ciddi müzakirələrin aparılacağı da deyilir.

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib ki, bu məsələnin qalxması mümkündür: “Ola bilsin ki, müəyyən fikirlər səslənər və o zaman da biz onların cavablarını verəcəyik. ATƏT və digər beynəlxalq təşkilatlar ölkələri tənqid etməyə öyrəşiblər, o cümlədən də Azərbaycanda keçirilən yüksək səviyyəli I Avropa Oyunlarını görür və qısqanclıq keçirirdilər, paxıllıq edirdilər. ATƏT Parlament Assambleyasında bizə qarşı münasibət hər zaman yaxşı olub. Orada dostlarımız çoxdur, münasibətlərimiz var. Bizi də Qarabağ konflikti ilə əlaqədar orada dəfələrlə dəstəkləyiblər”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar