Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AŞPA Türkiyəyə qarşı təxribata əl atır” – Səməd Seyidov


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında Türkiyə ilə bağlı müzakirə keçirilir


APA-nın Avropa müxbirinin xəbərinə görə, AŞPA-nın bu gün səhər keçirilən plenar iclasında Türkiyədə demokratik təsisatların fəaliyyəti adlı hesabat ətrafında müzakirə başlayıb. 

Günün ikinci yarısı müzakirələr davam etdiriləcək və Türkiyə ilə bağlı hesabat qəbul olunacaq.

AŞPA-nın Monitorinq komitəsinin Türkiyə üzrə həmməruzəçiləri, norveçli İngebyörq Qodkesen və serbiyalı Nataşa Vuçkoviçin hazırladıqları hesabat bu ölkənin 2004-cü ildə qurumun post-monitorinq mərhələsinə keçməsindən sonra ən sərt hesabat kimi qiymətləndirilir. Sənəddə Türkiyə dövlətinin terrorizmlə mübarizə adı altında insan hüquqları, demokratiya və hüquqi dövlət prinsiplərini ciddi şəkildə pozduğu qeyd olunur. Sənəddə 2013-cü ildə Türkiyədə baş vermiş korrupsiya qalmaqalına toxunulur və bu məsələdə hökumətin əli olduğu iddia edilir. Eyni zamanda, məruzəçilər Türkiyənin PKK-ya qarşı apardığı antiterror əməliyyatlarının qeyri-proporsional olduğunu vurğulayıblar.

Hesabatın kifayət qədər tənqidi olmasına baxmayaraq, bir neçə parlamentar sənədə daha sərt əlavələr irəli sürüblər. Onlar 2004-cü ildən AŞPA-nın post-monitorinq dialoqu mərhələsində olan Türkiyənin monitorinq prosesinə salınmasını təklif ediblər.

Bu gün səhər assambleyada keçirilmiş müzakirələrdə azərbaycanlı millət vəkilləri də söz alaraq Türkiyəni müdafiə ediblər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya açıqlamasında AŞPA-nı Türkiyəyə qarşı təxribatda günahlandırıb: “Gördüyümüz kimi, AŞPA Türkiyəyə qarşı təxribat etmək niyyətindədir. Çünki Türkiyə 2004-cü ildən assambleyanın post-monitorinq mərhələsindədir. Bunlar isə Türkiyəni yenidən monitorinq mərhələsinə qaytarmaq istəyirlər. Əslində, bu kimi təkliflər hazırkı hesabatın mövzusu deyil. Bu hesabatdan istifadə edərək belə bir təxribatçı addım atmaq istəyirlər. Hələlik məlum deyil, bu niyyətləri gerçəkləşəcək, ya yox. Ancaq hər bir halda, bir şey aydındır ki, burada biz Türkiyəyə qarşı güclü təbliğatın aparıldığını görürük və bu, bizdə çox ciddi narahatlıq yaradır. Azərbaycan nümayəndə heyəti olaraq əlimizdən gələni edirik ki, bunun qarşısını alaq, ancaq o qədər də asan deyil”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar