Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AŞPA-nın Səməd Seyidova qarşı tətbiq etdiyi sanksiya çox ədalətsizdir”

"Hesab edirəm ki, AŞPA-nın nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq etdiyi sanksiya çox ədalətsizdir. Heç bir əsasa söykənmir və mən bunu qərəzli mövqe hesab edirəm"


Bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Azay Quliyev deyib.

A. Quliyev bildirib ki, hazırlanmış hesabat özü ziddiyyətlərlə doludur: "Şəxsən Səməd Seyidovun korrupsiya məsələsində rolunu sübut  edəcək bir dəlil yoxdur. Hesabat bütünlüklə Azərbaycana həsr olunub. Bu da təbii ki, üzücüdür və təəssüf hissi doğurur. Düşünürəm ki, AŞPA heç bir halda  öz ali dəyərlərini kiçiltməməlidir. Hər hansı sifarişlə bir ölkəni xüsusi seçərək ona qarşı belə addım atılmamalıdır".

 

Azərbaycanın AŞPA-dan çıxma ehtimalının olub-olmadığına münasibət bildirən A. Quliyev deyib ki, Azərbaycan qurumun ən fəal üzvüdür: "Hesab etmirəm ki, olanlarla bağlı Azərbaycan Avropa şurasından çıxsın. Azərbaycan qurumun fəaliyyət prinsiplərinə, dəyərlərinə daim hörmət edən ölkələrdən biridir. Azərbaycanın dairələrin təzyiqi altında, onların provokativ istəyi ilə  öz qərarına yenidən baxmaq, AŞPA-dan çıxmaq kimi niyyəti yoxdur və olmamalıdır. Ola bilsin ki, buna cəhd edənlər var. Bu cür layihələrin arxasında duran əsas məkrli planlar odur ki, AzərbaycanAvropa arasında münasibətlər korlansın, Avropa ilə əməkdaşlığa müəyyən xələl gətirilsin. Nəzərə alınmalıdır ki, bu gün Azərbaycan Avropa İttifaqı  və Avropanın əsas ticarət tərəfdaşıdır, Avropanın alternativ enerji ilə təmin olunmasında mühüm rol oynayır, ölkəmizdə TAP, TANAPBakı-Tbilisi-Qars kimi layihələr icra olunur. Belə olan halda hamıya bəllidir ki, bu məkrli işlərdə kim maraqlıdır".(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar