Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AST Telman”ın dostu olan müğənni: “10 ildir ki, onu görmürəm”


Son günlər “AST” Şirkətlər Qrupunun qurucusu, daha çox bağlanmış “Çerkizov” bazarının sahibi kimi tanınan Telman İsmayılov mətbuatın gündəmindən düşmür. Moskvanın Basman Rayon Məhkəməsi “AST Telman”ın barəsində qiyabi həbs qərarı verib. İş adamı məhkəmə qərarından sonra beynəlxalq axtarışa verilib. Onun Fransada gizləndiyi bildirilir


Biznesmen haqqında müxtəlif iddialar da səsləndirilir. T.İsmayılov səkkiz qətlin təşkilində ittiham olunur. Təsdiqlənməmiş məlumatlara görə, onun bir universitetin prorektorunun və məmur qadının qətlində əli var. O, müğənni Avraam Russoya sui-qəsd hazırlamaqda da ittiham olunur.

Adı bir çox qalmaqallarda hallanan iş adamının eyni zamanda azərbaycanlı müğənnilərin dostu olduğu da heç kimə sirr deyil. Böyük məbləğ qarşılığında onun təşkil etdiyi məclislərdə oxuyan kim, onunla illərlə dostluq edən kim...

Müğənni Abbas Bağırov, müğənni Xəyyam Nisanov, meyxanaçı Namiq Qaraçuxurlu, teleaparıcı Zaur Baxşəliyev, İlham Mirzəyev iş adamının yaxın dostları siyahısındadır. T.İsmayılovun onlara həm maddi, həm də mənəvi dəstək olduğu haqqnda müxtəlif fikirlər də yayılıb.  

Bir neçə il əvvəl İ.Mirzəyev iş adamının ona sərvət dəyərində hədiyyə bağışladığını da etiraf etmişdi: "Sağ olsun, yaxşı insanlar. Nə yaxşı ki, bu dünyada yaxşı insanlar var. Telman bəy mənim onun otelində dincəldiyimdən xəbər tutduqda öz diqqət və qayğısını bizdən əsirgəmədi. Qızıl və gümüşlə işlənmiş əl işi olan müqəddəs Quran kitabı və "Mardan Palace"ın leybolu qızıl əqrəb bağışlayıb. Hündürlüyü 40 sm, eni 20 sm ölçülü qızıl əqrəbin çəkisi təxminən 500 qramdır. Telman İsmayılov mənim Allah adamı olduğumu görüb, mənə belə bir gözəl hədiyyəni etdi. Bu Quranın qiyməti yoxdur. Çünki əl işidir və kitabın üzəri əl işi ilə qızıl və gümüşlə işlənib, vərəqləri qızıl suyuna salınıb. Qabı bütünlüklə qızıl və gümüşdən ibarətdir. Xüsusi olaraq hazırlanmış bu müqəddəs kitabın qiyməti yoxdur".

Bəs, tanınmışlar hazırda çətin durumda olan Telman İsmayılov haqqında niyə susurlar? Heç onunla maraqlanırlarmı?

Musavat.com məsələ ilə bağlı müğənnilərin fikrini öyrənməyə çalışıb.

Müğənni Abbas Bağırov bildirib ki, 10 ildir ki, Telman İsmayılovu görmür: “Onun başına gələnlərdən xəbərim var. Amma özü ilə əlaqə saxlamamışam. 10 ildir ki, Telman İsmayılovu görmürəm. Allah köməyi olsun”.

Müğənni Xəyyam Nisanov isə məsələ barədə danışmaq istəmədiyini deyib: “Mən müğənniyəm. Mənə sənətimdən sual verin. Soruşun ki, mahnı yazdırmışam, klip çəkdirmişəm? Başqa suallara cavab vermirəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar