Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AST Telman”ı kimin ələ verdiyi bilindi - Abbas Abbasov


Sabiq vitse-premyerin başı dərddə ; 15 il Telman İsmayılovun köməkçisi işləmiş Sergey Qavryuşin istintaqa nələr deyib?; “AST Telman”ın və qardaşlarının cinayət işlərinin xronikası A.Abbasovun məhz şirkətdə işlədiyi dövrə təsadüf edir və onu da...


“AST” Şirkətlər  Qrupunun prezidenti(o, səhmləri oğulları arasında bölüb rəhbərlikdən formal olaraq uzaqlaşıb) Telman İsmayılovun (“AST Telman”) 8 sifarişli qətl törədən cinayətkar qrupun işinin araşdırılmasının yeni sensasion təfərrüatları məlum olub.

“Rosbalt” agentliyi hüquq mühafizə orqanlarına yaxın mənbəyə istinadən xəbər verir ki, cinayət işi üzrə T.İsmayılovun əleyhinə ifadə verənlərdən biri də onun 15 il köməkçisi işləmiş Sergey Qavryuşindir.  Agentlik onun “vacib şahid” kimi istintaqla əməkdaşlıq etdiyini və Telman İsmayılovun ona hansı cinayət əməli olan göstərişlər verdiyini iddia edib. Bildirilir ki, Qavryuşin T.İsmayılovun hazırda həbsdə olan qardaşı Rafiq İsmayılovun təsisçisi olduğu “Merkuri-R” MMC-nin də baş direktoru işləyib. “Merkuri-R” “AST  Telman”ın nəzarətində olan “Çerkizov” bazarı bağlandıqdan sonra təsis edilib. MMC-yə  “Abramsevo” pal-paltar bazarı və daha bir neçə bu tipli obyektlər daxil imiş. MMC 2016-cı ildə- “AST Telman”ın qardaşı Rafiq İsmayılovun həbsindən sonra ləğv olunub.

“Rosbalt” yazır ki, məhz Qavryuşinin ifadələrindən sonra T.İsmayılovun Moskvadakı evlərində axtarış aparılmasına qərar verilib. Bildirilir ki, Qavryuşin İsmayılov qardaşlarına “kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər  və qurduqları planlardan onun da xəbəri olub. “Qavryuşinin ifadəsi əsasında 2000-ciu ildə öldürülən biznesmen Andrey Lobanovun və digər cinayətlərin üstünü açmaq mümkün olub” deyə, xəbərdə bildirilir.  O da bildirilir ki, Qavryuşin hazırda dövlətin təminatı altındadır və cinayət işində vacib şahid kimi qorunur.

Qeyd edə ki, bundan əvvəl də  İsmayılovların əleyhinə daha bir yaxın adamları-Rafiq İsmayılovun “sağ əli” hesab olunan Harri Boleçerkovski ifadə vermişdi. 

Beloçerkovskinin iddiasına görə, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib. Bütün qətllər Moskvanın Şimal Administrativ Dairəsində ticarət obyektləri uğrunda aparılan kriminal müharibə ilə bağlı olub. Beloçerkovski Andrey Lobanovun aradan götürülməsi söhbətinə şəxsən şahidlik etdiyini bildirib.

Rafiq İsmayılov daha bir şəriki Vladimir Savkinin aradan götürülməsində də suçlanır. Belə ki, onların  şərikli ticarət kompleksinə malik olublar. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dollar verməyib. İstintaqçılar hesab edirlər ki, R.İsmayılov pulu V.Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova V.Savkinin qətli sifariş olunub. Hadisə zamanı V.Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb. Qətldən az sonra Rafiq İsmayılov saxlanılıb və Telman İsmayılov hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən yayındıra bilib və buraxdırıb. V.Savkinin oğlu Roman Savkinin davamlı şikayətlərindən sonra məsələyə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin qarışıb və yeni müstəntiq işin üstünü bir neçə günə açıb.

Rafiq İsmayılov ifadəsində deyib ki, killer Mehman Kərimov onun tanışıdır və hadisə vaxtı “təsadüfən” ona sürücülük edib.

“AST Telman”ın daha bir qardaşı- Vaqif İsmayılov isə  2 nəfərin qətl işi üzrə əsas fiqurantdır. V.İsmayılov Rusiya DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməkdaşıdır. İstintaqın gəldiyi nəticəyə görə killer Mehman Kərimov İsmayılovların sifarişi ilə qətl törədib və Vaqif İsmayılovun evində gizlənib.

İsmayilov qardaşlarının ağır cinayətlərdə suçlanması, iş üzrə ən yaxın adamlarının onları ələ verməsi hələ ki özünü ustalıqla gizlədə bilən Abbas Abbasovun da başının dərdə olduğu ehtimalını gücləndirir. Çünki İsmayılov qardaşlarının cinayət törətdiyi həmin illərdə AST Şirkətlər Qrupunda vitse-prezident məhz Abbas Abbasov idi. 2006-cı ildə Azərbaycanda baş nazirin birinci müavini postundan uzaqlaşdırılandan sonra ona Telman İsmayılov sahib çıxdı. Moskvaya gedən Abbas Abbasov üçün şirkətdə vitse-prezident postu boşaldıldı. A.Abbasov köhnə dostu ilə şirkətdə fəaliyyətə başladı. AST Şirkətlər Qrupunda  işləməsindən məmnun olan A.Abbasov  Telman İsmayılovun ən qatı müdafiəçilərindən biri kimi tanınırdı. Məsələn, 2010-cu ildə Moskvada xüsusi siqnalla hərəkət edən maşın saxlanılmışdı və məlum olmuşdu ki, qaydaları pozan avtomobil “AST Telman”ın ailəsinə məxsusdur. O zaman  A.Abbasov Rusiya agentilklərində israrla “AST Telman”ın ailəsini müdafiə edir, onların xüsusi fərqləndirmə siqnalının olmadığını deyirdi. A.Abbasovun  təkcə Telman İsmayılovla deyil, onun qardaşları ilə də çox yaxın olduğu kimsəyə sirr deyil. T.İsmayılova qarşı Rusiya hakimiyyətindən təzyiqlər başlayandan sonra da A.Abbasova onun yanında oldu.  

A.Abbasovun ciddi dəstəyi ilə “AST Telman” bu dəfə  Türkiyəyə yerləşdi, bu ölkənin vətəndaşlığını aldı və “Mardan Palace” ni tikdi. 

A.Abbasovun  guya “ictimai əsaslarla işlədiyi” AST Şirkətlər Qrupundan nə zaman ayrıldığı barədə dəqiq bilgi yoxdur, amma özünün vikipediya məlumatlarında o hələ də şirkətdə vitse-prezident kimi göstərilir.

“AST Telman”ın və qardaşlarının cinayət işlərinin xronikası A.Abbasovun məhz şirkətdə işlədiyi dövrə təsadüf edir. A.Abbasov bu kimi işlərdən “quru çıxmağı” bacaran adamdır. Amma istənilən halda, Rusiya İstintaq Komitəsi onu da açılmış cinayət işi ilə bağlı mütləq dindirəcək. Başqa bir variant mümkün deyil...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar