Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AST Telman”a Moskvada otel tikmək icazəsi verildi


Moskva hökuməti Nikitsk bulvarında otel tikintisi layihəsinin həyata keçirilməsinə icazə verib


Bu haqda “Moskomstroyinvest”dən bildiriblər. Söhbət Azərbaycan əsilli yəhudi iş adamı Telman İsmayılovun illərdir yarımçıq qalan otel layihəsindən gedir.

Xəbərə görə, “KBF AST” şirkəti (Telman İsmayılovun biznes strukturlarına daxildir) layihənin həyata keçirilməsini davam etdirməyi qərara alıb. Hazırda layihənin arxitektur-şəhərsalma həlli təsdiqlənib.

“Şirkət layihəni ekspertizadan keçirib və sentyabrın sonlarında tikintiyə rəsmi icazə alıb” - deyə hökumətdən bildirilib.

Obyektin tikintisinin 2017-ci ildə başa çatdırılması planlaşdırılır. Layihəyə görə, otel 147 maşın yerləşə bilən yeraltı qaraja malik olacaq, ümumi sahəsi 23,35 min kvadratmetr təşkil edəcək.

T.İsmayılov Nikitsk bulvarında həmin torpaq sahəsini 2004-cü ildə 10 illiyə icarəyə götürüb. Əvvəl həmin ərazidə Moskva aristokratlarına məxsus arxitekturalı bina yerləşirdi. T.İsmayılov binanın yerində otel tikmək üçün layihə təqdim edib. Ancaq onun layihəsini Moskva hökumətinin arxitektura şurasında kəskin tənqid ediblər.

Layihə ötən ilin sentyabrında rədd edilib. Bir neçə ay əvvəl isə xəbərdarlıq edilib ki, əgər investor layihəni tələbələrə uyğunlaşdırmasa, torpaq sahəsi ondan alınacaq.

Qeyd edək ki, “Çerkizovsk” bazarı söküləndən sonra T.İsmayılov Rusiyanı faktiki olaraq tərk edib və bu ölkədəki biznesini məhdudlaşdırıb. “AST Telman” ləqəbli iş adamı Rusiyadakı biznesini oğullarının və qohumunun adına keçirdib. Hazırda T.İsmayılovun müxtəlif iş adamlarına və banklara iri məbləğlərdə borcu var.(virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar