Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ASAN xidmət”də işləmək istəyənlərin nəzərinə - Foto


Agentlikdə CV-lərin qəbulu 16 – 26 aprel 2014-cü il tarixləri arasında həyata keçiriləcək


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Sabunçu, Suraxanı və Nizami rayonlarının orta ixtisas və ali təhsil ocaqlarında təhsil alan fəal tələbələrini könüllü əsaslarla fəaliyyət göstərməyə dəvət edir! 

CV-lərin qəbulu 16 – 26 aprel 2014-cü il tarixləri arasında həyata keçiriləcək. “ASAN xidmət” mərkəzindən bildirilib ki, CV-lərinizi [email protected] ünvanına email-in mövzu (subject) yerinə “4 saylı - könüllü” sözünü qeyd edib göndərin.

Mərkəzdə könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Agentlik tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək. Bu isə onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaq.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunub:

Namizədlər üçün tələblər:

İntizamlılıq;
Ünsiyyətcillik;
Operativlik;
Kollektivdə işləmək bacarığı;
Təşkilatçılıq;
Təşəbbüskarlıq;
Kompüter bacarığı;

Könüllülük əsasında cəlb edilənlərin görəcəyi işlər;

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində könüllü fəaliyyətin həyata keçirilməsi; 
Vətəndaşların qarşılanması, elektron lövhələrdən istifadəsinə köməkliyin göstərilməsi;
“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən xidmətlər üzrə mərkəzlərə müraciət edən vətəndaşlara düzgün izah verilməsi;
Müraciətlərə əsasən anketlərin doldurulması və doldurulmasına köməkliyin göstərilməsi;
Əlillərin “ASAN xidmət” mərkəzində daha asan xidmət almasına dəstək, xidmət müddətində qayğının göstərilməsi;
Mərkəzə gəlmiş valideynlərin uşaqlarına xüsusi qayğının göstərilməsi; 
Vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi.(ans press)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar