Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AB Qarabağa müdaxilə edərsə, Rusiya...” - Proxanov

Rusiyanın Dağlıq Qarabağdakı konfliktə xüsusi marağı var


Biz xatırlayırıq ki, bu konflikt nəticəsində SSRİ dağılmağa başlayıb. SSRİ mərkəzi hökuməti bu konflikti lokallaşdırmağı bacarmadı və burada böyük qırmızı ansamblın dağılma reaksiyası start götürdü.

Axar.az xəbər verir ki, bunu Den TV-yə müsahibəsində rusiyalı yazıçı, ideoloq Aleksandr Proxanov söyləyib.

ErmənistanAzərbaycan dövlətlərinin formalaşmasına dərin simpatiya və hörmət bəsləyən Rusiya özü üçün həddən artıq həssas olan bölgədə sülh və rifahın hökm sürməsində maraqlıdır. Bu sülhün pozulması, hərbi fəaliyyətlərin aktivləşdirilməsi Rusiyanı yaralayır və onu Bakı ilə İrəvan arasındakı kəskin münasibətlərə müdaxilə etməyə məcbur edir. Rusiya elitasını erməni siyasətçilərlə Avropa Birliyi arasında aparılan danışıqlar narahat edir. Bu danışıqlar AB ilə Ermənistan arasında genişmiqyaslı əməkdaşlıq haqqında razılaşmanı nəzərdə tutur. AB-nin Rusiya-Avropa münasibətlərində əsas münaqişə qüvvələrindən biri olması Rusiyanı narahat etməyə bilməz. Məhz AB-nin Urkaynanı özünə siyasi, iqtisadi və mədəni cəhətdən bağlamaq istəməsi Donbasdak dəhşətli böhranlara səbəb oldu. Biz unuda bilmərik ki, uzun zaman ərzində AB Belarusa böyük təzyiqlər edib. Biz həmçinin AB-nin arxasında NATO-nun kölgəsinin dayandığını görməzdən gələ bilmərik. AB kimi yeni oyunçunun gəlməsi ilə, bizim fikrimizcə, Qarabağda destabilizasiya yaradan faktor olacaq. AB və Rusiya qarşıdurma vəziyyətindədirlər. Ona görə də AB-nin Qarabağ konfliktində peyda olması Rusiyanın bu regionda mövqelərini zəiflədəcək”, – deyə o bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar