Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ yalnız Azərbaycanın maraqlarına cavab verən layihələrdə iştirakda maraqlıdır”

Energetika nazirliyində energetika naziri Pərviz Şahbazovla ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta arasında görüş keçirilib


Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iki ölkə arasındakı diplomatik münasibətlərin enerji sahəsində əməkdaşlıq əlaqələrinə böyük töhfə verdiyini vurğulayan P.Şahbazov ölkəmizin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasında ABŞ-ın rolunun hər zaman yüksək olduğunu bildirib: 

ABŞ vaxtilə Bakı-Tbilisi-Ceyhan layihəsinin icrasında göstərdiyi güclü dəstəyi bu gün “Cənub Qaz Dəhlizi”, eləcə də onun mühüm bir seqmenti olan Trans-Adriatik boru kəməri layihələrində (TAP) davam etdirir. Avropada enerji təchizatının diversifikasiyasını təmin edəcək “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlər hazırda uğurla həyata keçirilir”.
 
Görüşdə bildirilib ki, Azərbaycanla ABŞ arasındakı strateji əlaqələrdə enerji təhlükəsizliyi mühüm yer tutur.
 
Nazir gələcəkdə bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi üzrə də böyük əməkdaşlıq potensialının olduğunu deyib. Bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərdə, yeni texnologiyaların tətbiqində ABŞ-ın təcrübəsindən faydalanmaq olar.
 
Səfir Robert Sekuta isə, Azərbaycan-ABŞ münasibətlərində enerji məsələlərinin əhəmiyyətli yer tutduğunu bildirib. Onun sözlərinə görə, qlobal enerji təhlükəsizliyinin təminatına yönələn layihələrlə Azərbaycan ABŞ-ın diqqətindədir: “Bu diqqətin göstəricisi kimi ABŞ prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı, eləcə dövlət katibi Reks Tillersonun “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üçüncü iclası ilə əlaqədar məktublarını göstərmək olar”.
 
 “Cənub Qaz Dəhlizi”nin strateji əhəmiyyətindən bəhs edən səfir layihənin Balkan regionunun qaz təminatında da geniş imkanlar yaradacağını qeyd edib.
 
O, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü ilə bağlı düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişlə ölkəsinin Azərbaycanın uzunmüddətli tərəfdaşı kimi qalacağını bildirib. Yeni layihələrin bu tərəfdaşlığı daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib. “ABŞ yalnız Azərbaycanın maraqlarına cavab verən layihələrdə iştirak edərək, əməkdaşlıqda maraqlıdır, - deyə səfir qeyd edib. Robert Sekuta “Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsinin hazırlanmasında Energetika Nazirliyinə bundan sonra da lazımi dəstəyin davam etdiriləcəyini söyləyib.
 
Görüşdə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin növbəti Vyana görüşü, neft bazarının inkişaf tendensiyaları, eləcə də enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar