Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ qitələrarası raketlərimizi cəmi 150 saniyəyə vura bilər”


Rusiya gücsüzlüyünü etiraf etdi:“ABŞ qitələrarası raketlərimizi cəmi 150 saniyəyə vura bilər”


ABŞ-ın havadan müdafiə sistemləri Rusiyanın qitələrarası ballistik raketlərini tam havaya qalxış sırasında vurmaq imkanına malikdir.

Strateq.az xəbər verir ki, bu həqiqəti Rusiya Hava və Kosmik qüvvələr Elmi-Tədqiqat İnstitutunun rəhbəri Sergey Yaqolnikov etiraf edib.

Moskva VI Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Yaqolnikov qitələrarası ballistik raketlərin düyməsinin basılmasından cəmi 150 saniyə sonra ABŞ hava müdafiə sistemlərinə tuş gələ biləcəyini bildirib. Bunun üçün isə sadəcə həmin raketlərin havalanmasını təsbit etmək lazımdır.

Sergey Yaqolnikov fərz edilən həmin vurulma prosesinin mərhələlərini bu cür sadalayıb:

"Kosmik vasitələrin xəbərdarlıq siqnalı verməsiylə ABŞ-ın hava müdafiə sistemləri Rusiyanın qitələrarası ballistik raketləri uçuşa başladıqdan 85 saniyə sonra atəşlənə bilər. 20 saniyə raketlərin yerinin təsbitinə, 20 saniyə əmr komandasının verilməsinə, 45 saniyə də koordinatların hesablanması və sistemin hazır vəziyyətə gətirilməsinə gedər. Beləliklə, uçuşun 150-ci saniyəsində qitələrarası ballistik raketləri vurma imkanı mövcuddur ".



Yaqolnikov, bu hesablamaların ABŞ-ın elm adamları tərəfindən təsdiqləndiyini da sözlərinə əlavə etdi.

Qeyd edək ki, dünyanın ən uzunmənzilli ballistik raketlərinə malik olan Rusiya bu zaman qədər öz silahlarının vurulmazlığı ilə öyünürdü. Moskvanın iddiasına görə, məsələn, 11 min km-lik mənzilə sahib olan “SS-27 Topal M” atıldıqdan bir müddət sonra Yerin orbitindən çıxdığı üçün onun yerini nə təsbit etmək, nə də o yüksəkliyə havadan müdafiə raketləri atmaq olar.

Rusiyanın bu məsələdə ən bilgili şəxsi Yaqolnikovun  dediyindən isə belə anlaşılır ki, Pentaqon özünün bu çatışmazlığını  kosmik imkanları sayəsində raketlərin uçuşunu operativ təyinetmə və onların “əlçatmaz” yüksəkliyə qalxmadan zərərsizləşdirmək imkanıyla  kompensasiya edib.

Məsələyə bu aspektdən baxanda ABŞ-ın Qara dəniz ətrafındakı ərazilərdə havadan müdafiə sistemlərini quraşdırmasına Rusiyanın niyə bu qədər ciddi reaksiya verdiyi də məlum olur. Belə görünür ki, Rusiyanın ən çox güvəndiyi ballistik raketlərinin “əlçatmaz” yüksəkliyə qalmadan vurulması üçün ona xeyli yaxınlaşmaq tələb olunur.  Əks halda Yerin orbitindən çıxmağı bacaran bu raketlərin zamanında vurulmaması ABŞ-ın hərbi qüdrətini mənasızlaşdırar.

(Strateq.az)Heydər Oğuz

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar