Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ biznesmenlərinin Azərbaycana marağını müşahidə edirik”




“Son 3 il ərzində 35-ə yaxın ABŞ şirkətinin nümayəndələri Azərbaycana səfərlər ediblər”


Bunu ABŞ ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lalli deyib. 

O, səfərlər zamanı ümumilikdə 200-ə yaxın görüş keçirildiyini söyləyib: “Keçirilən görüşlərin nəticələrini görürük. 2017-ci ilə aid planlardan danışarkən deyim ki, müəyyən proqramlaşdırma işləri həyata keçirilir. Bunlardan biri ABŞ-Azərbaycan Ticarət Palatasının fəaliyyəti nəticəsində martda ABŞ-da keçiriləcək tədbir olacaq. Bu, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına təkan verə biləcək tədbirdir. Azərbaycan artıq məqsədlərini müəyyənləşdirib, bu məqsədlər qeyri-neft sektorunun inkişafı və diversifikasiya siyasətidir. Düşünürəm ki, bu məqsədi əldə etmək üçün müəyyən işlər görülməlidir”.

M. Lalli bildirib ki, Azərbaycandakı Amerika Ticarət Palatasının təkliflərindən ikisi biznes mühitinin inkişafı və qeyri-neft sahəsini hədəfləyən investisiyanın cəlb olunmasıdır: “Bu istiqamətdə Azərbaycanda islahatlar keçirilir. Bu islahatlar sərmayənin Azərbaycana gətirilməsinə təkan verir. Amerika biznesmenlərinin Azərbaycana marağını müşahidə edirik və bu istiqamətdə işləyirik”.

Qonaq qeyd edib ki, ABŞ-la Azərbaycan arasında birbaşa hava nəqliyyatı var, bu isə özlüyündə əlaqələrin inkişafı üçün vacib addımdır: “Azərbaycanla informasiya texnologiyaları və kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün böyük imkanlar var. Azərbaycan ABŞ-la kosmos sahəsində əməkdaşlıq həyata keçirir. ABŞ-ın ən son texnologiyalarından istifadə olunmaqla, Azərbaycanın öz peyki fəaliyyət göstərir”.  (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar