Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ Suriyada öz regional maraqlarından əl çəkməyəcək”


Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə yazır


Türkiyənin Suriyanın Afrin regionunda keçirdiyi "Zeytun budağı" hərbi əməliyyatı YPG terror təşkilatına böyük itkilər yaşadır. 

Afrində Türkiyənin qələbə çalması reallaşsada,  ardınca Menbicə girəcəyi polimikadır. Çünki, ABŞ istənilən anda bu əməliyyatlara imkan verməyəcək.  

Əsəd ordusunun YPG liderləri ilə razllaşmasına əsasən Afrinə girəcəyi Rusiyanın Türkiyəyə qarşı planı olub. Çünki, ABŞ dövlət katibi Tillersonun Ankaraya səfəri və iki ölkə arasında müəyyən məsələlərdə anlaşma mesajı, Kremlin narahatlığına səbəb olub. 

Göründüyü kimi, Ərdoğanın Putin və Ruhani ilə telefon danışıqları belə bir planın qarşısını almış oldu. Demək, Ərdoğan Kreml və Moskva ilə ortaq məxrəcə gəlibsə, Vaşinqtonla Ankara arasında problemlər öz həllini tapmayıb. 

Hazırda ABŞ çalışır ki, YPG terrorçuları vasitəsi ilə Suriyanın böyük bir  ərazisinə sahib olsun və bu ölkənin parçalanmasını həyata keçirsin. ABŞ Şimali Suriyada hərbi bazalar yaratmaqla bu ölkədən çıxmayacağı və öz geosiyasi maraqlarının təmin olunmasına qədər mübarizə aparacağını öz strateji planına daxil edib. Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin silahlılarına məlum hücumuda göstərir ki, Vaşinqton öz maraq dairəsinə daxil olmaq istəyən Rusiya ilə toqquşmaya hazırdır.

Vaşinqton eyni analoji addımı Menbicə doğru irəlləyən Türkiyə silahlı qüvvələrinə qarşı həyata keçirə bilər. Bu baş verərsə, Ankara-Vaşinqton  əlaqələri müharibə vəziyyətinə gəlməklə, NATO -da böyük siyasi xaosa səbəb olar. Belə bir situasiyanın yaşanması isə, Moskvamın geosiyasi maraqlarına cavab verir.  Ona görədə ABŞ çalışır ki, rəsmi Ankaranı bu əməliyyatdan çəkindirsin. 

ABŞ, Türkiyəyə görə Suriyada öz regional maraqlarından əl çəkməyəcək. Suriyada elə bir mürəkkəb vəziyyət yaranıb ki, burada maraqları toqquşan ölkələrin bir-birləri ilə  müharibə riski ən üst səviyyədədir. 

Qeyd edim ki, Suriyada sülhün əldə edilməsi Əsədlə mümkün olmayacaq. Əsəd getdikdən sonra koalisiya hakimiyyəti yaradılıb, ölkədə federal sistem yaradılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar