Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ Rusiyaya bənzəməyə başlayır”


Putin Ruisyası Amerikanları niyə qorxudur?


Amerikalıların Putin Rusiyasına mübtəla olmasında nə isə bir qəribəlik var. 

Əlbəttə, Krımın ilhaqı, Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar, onların xarici ölkələrdəki seçkilərə müdaxilə etməsi və digər məsələlər bir çox amerikalını həyəcanlandırmaya bilməz.

Lakin görəsən nə üçün ABŞ liberallarını geosiyası ambisiyaları ilə birlikdə Çinin artan iqtisadi gücü, radikal islamın ideoloji potensialı və nüvə silahına yiyələnən Şimali Koreyanın dəliliyindən daha çox, məhz Rusiya həyəcanlandırır.

Hal-hazırda Rusiya ciddi demoqrafik problemlər yaşayır və bu ölkənin modernləşmə ilə bağlı çətinlikləri var. Rusiyanın iqtisadiyyatı hədsiz dərəcədə təbii resurslardan asılıdır. Rusiyanın əhalisi planetin ən savadlılarından biridir. Amma buna baxmayaraq, Rusiya sənaye dünyasında əmək məhsuldarlığına görə aşağı göstəriciyə malikdir.

Əlbəttə, Vladimir Putin güclü və amansız liderdir. O, ölkə daxilində xalq dəstəyinə malikdir, amma Rusiya dövlət institutları səmərəsizdir və korrupsiya girdabına batıblar. Rusiya məmurları hakimiyyət və pul uğrunda bir-biri ilə aktiv mübarizə aparırlar. Cənab Putinin hakimiyyətdən getməsindən sonra Rusiyanı nələrin, hansı gələcəyin gözlədiyini təsəvvür etmək çətin deyil.

Axı Rusiyaya qarşı münasibətdəki gərginliyin səbəbi nədir? Məgər cəmi iki il bundan əvvəl Barak Obama Rusiyanı dünya səviyyəli yox, regional böyük dövlət adlandırmırdı? Məgər hətta indi də, əksər ekspertlər demirlərmi ki, Rusiyanın bütün aqressiv və hərbi qüdrətinə, dünyadakı Amerikan təsir dairəsinə rəqib olmağa can atmasına baxmayaraq, onu yüksəlişə keçən ənənəvi nəhəng dövlət adlandırmaq olmaz?

Keçən il “Foreign Affairs” dərgisində tanınmış amerikalı tarixçı Stiven Kotkin yazırdı: “Son beş yüz ildəki Rusiya siyasəti üçün başlıca xüsusiyyət, onun ölkə imkanlarını aşan ambisiyalarıdır”. Bu baxımdan əslində indi də heç nə dəyişilməyib. Amma bütün bunlarla yanaşı, elə bil ki, Rusiya amerikanları eyni zamanda həm qorxudur, həm də ovsunlayır. Bəlkə liberal Amerika üçün Moskva ilə Donald Tramp eyni anlama gəlir?
Bu sualın və eləcə də bizim zəmanəmizin bir çox mühüm sualının cavabını klassik rus ədəbiyyatında, Fyodr Dostoyevskinin “Oxşar” povestində tapmaq mümkündür.

Həmin əsər, öz oxşarı ilə qarşılaşdıqdan sonra dəlixanaya düşmüş kiçik məmurun həyat tarixindən bəhs edir. Məmurun oxşarı həm onun kimi görünür və həm də eynilə onun özü kimi danışır. Lakin həmin oxşarda özündən fərqli olaraq cazibədarlıq və özünə inam yoxdur. Dostoyevskinin personajını özündən çıxaran, həmin adamın ona bənzəməsi deyil, onun bu adamdakı xoşagəlməz mənfur tərəfləri görməsidir. Elə hal-hazırda ABŞRusiya ilə məhz bu cür hadisələr baş verir.

Sovet İttifaqı uzun müddət ərzində Qərbin canına qorxu salmışdı, ona görə ki, o, tamamilə başqa cür idi. Orada Allahı inkar edirdilər, özəl mülkiyyət, siyasi plüralizm yox idi. Amerika yalnız kommunizmlə müharibəni uduzduğu təqdirdə sovetləşə bilərdi.

Amerikanlar anlayırlar ki, ABŞRusiya tamamilə fərqli olmalıdır, lakin buna baxmayaraq, onlar Rusiyadakı əksər pataloji halların Birləşmiş Ştatlarda da baş verdiyini görürlər. Ona görə də, cənab Putinin Rusiyası amerikalıları bərk qorxudur. Rusiyanın dünyada hökmran ola biləcəyi liberal Amerikanı heç də qorxutmur. Hərçənd ki, liberallar bunu etiraf etməslər də, ancaq əsl həqiqətdə onlar ABŞ-ın Rusiyaya bənzəməyə başlamasından bərk qorxurlar.

İyirmi il ərzində Kreml durmadan öz problem və uğursuzluqlarını xarici müdaxilələrə bağlayıb. İndi Amerika da eynisini etməyə başlayıb. Trampın seçkilərdəki qələbəsi Amerika liberallarının xoşuna gəlmir və onlar bunu Putinin intriqalarının nəticəsi hesab edirlər.

Amerikan liberalları Rusiyanın avtoritarizmini demokratik institutlar çərçivəsində fəaliyyət göstərən qorxulu nümunə hesab edirlər. Rusiyanın “idarəolunan demokratiyası” əyani şəkildə göstərir ki, oradakı institutlar əvvəlcədən elə qurulub ki, əhali faktiki baxımdan əsas vətəndaş haqlarından məhrum olsun. Bununla yanaşı onlara səs verməyə imkan verilir.

Rusiya həmçinin elitanın xalqdan tamamilə qopduğu bir vəziyyətdə siyasətin necə görünməsinin də bariz nümunəsi ola bilər. Belə cəmiyyətdə nəinki ictimai bərabərsizlik hökm sürür, bu hal sadəcə olaraq adi norma sayılır.

Varlılardan ibarət dar bir zümrəyə məxsus olanlar, siyasi baxımdan seçicilər qarşısında heç bir məsuliyyət daşımırlar və onlar hər hansı ciddi zorakılığa əl atmadan uzun müddət ərzində hakimiyyətdə qala bilərlər. Onlara öz vətəndaşlarını əzmək və ya nəzarət etmək lazım deyil. Sadəcə olaraq, vətəndaşlara kiçik və xoşagəlməz bir şey kimi baxmaq və onların mövcudluğunu inkar etmək kifayətdir.

Ola bilər ki, bir müddətdən sonra fəhlə sinfindən olan amerikalılar başa düşəcəklər ki, Amerika və Rusiya iqtisadiyyatı arasındakı kəskin fərq, Silikon vadisinin rəhbərliyi altında həyata keçirilən texnoloji inqilab və sairə digər innovasiyalar, müəyyən bir vaxtdan sonra Qərb cəmiyyətini avtoritarizmə tərəf sürükləyə bilər. Necə ki, təbii sərvətlərin bolluğu Putin rejiminin yaranmasına yol açdı. Postsovet vətəndaşları kimi robotları da demokratiya qətiyyən düşündürmür.

Rusiyanın sosial və siyasi problemlərini uzun müddət izləyən amerikalılar hesab edirlər ki, ruslar sanki keçmişdə ilişib qalıblar və onların nə zamansa ABŞ kimi müasir ölkəyə çevrilmələri mümkündür. Ancaq belə düşüncələr də, demək olar ki, keçmişdə qalıb.

İndi əksər amerikalı Rusiyaya baxdıqda, elə bil ki, gələcəyə baxırlar və bundan çox qorxurlar. Amma xoşagəlməz hal, həmin qorxulu gələcəyin ruslarla yanaşı onları da gözləməsidir. (“The New York Times”-ABŞ). (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar