Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ Rusiyanı bir neçə aya məhv edər”


Son zamanlar Suriyada baş verən hadisələr Rusiya və ABŞ arasında ciddi gərginlik yaradıb


İstər Vaşinqtondan, istərsə də Moskvadan gələn sərt mesajlar insanlarda müharibə xofu yaradır. Xüsusilə Rusiyanın Baş naziri Medvedyevin “müharibəyə bir neçə santimetr qaldı” ifadəsi bu qorxulu ehtimalı qüvvətləndirir.

Bəs, görəsən, müharibə nə qədər realdır? İki dövlət arasında qarşıdurma yaranarsa, bunun Azərbaycana nə kimi təsirləri ola bilər?

Eks-spiker Rəsul Quliyevin bu mövzuda Ovqat.com saytına müsahibəsini təqdim edirik:

- Rəsul müəllim, ABŞ-ın Suriyaya hücumu və Rusiyanın buna reaksiyası ilə bağlı mövqeyinizi öyrənmək maraqlı olardı. Sizcə, bu gərginlik gözlənilən idimi?

– RF-nın, daha doğrusu prezident Putinin son bir ildə beynəlxalq aləmdə özünü daha aqressiv aparması, Qərb ölkələrinin tələblərinə məhəl qoymaması, Ukraynada və Suriyada apardığı həyasız işğalçı siyasətinin cavabsız qalmayacağı gözlənilirdi. Putin əgər öz ordusu Suriyadadırsa, ABŞ-ın risk edib Suriyaya hucum edə bilməyəcəyinə, əks halda, nüvə silahının tətbiqindən qorxacağına əmin idi. Xüsusilə, prezident Obamanın qətiyyətsizliyi (2013-cü ildə Suriyanı vurmaması, kimyəvi silahların ləğv edilməsinin işinin Rusiyaya həvalə edilməsinə qol çəkməsi, 2014-cü ildə Rusiyanın Krımı işğal etməsinə imkan verməsi, Donbas vilayətinə qoşunlarının yerləşdirilməsinə göz yumması) Putində “ABŞ bizdən qorxur” illuziyası yaratmışdı. Avropanın aparıcı ölkələri Böyük Britaniya, Almaniya və Fransa (bu 3 ölkələrin hərbə xərclədiyi vəsait RF-nın hərbi xərclərindən 2 dəfə artıqdır.) Rusiyaya qarşı kəskin bəyanatlar versələr də, Qərb ölkələrinin lideri ABŞ prezidentinin qərarını gözləyirdilər. ABŞ-ın yeni XİN və BMT-dəki səfirinin həm Krım, həm də Suriya ilə əlaqədar verdiyi bəyanatlar da prezident Putini qəflət yuxusundan ayıltmadı; bu özündənmüştəbeh insan özünün düzgün siyasət apardığına inanırdı. Suriyanın kimyəvi hücumu və 80-ə yaxın (əksəriyyəti uşaq və qadın olmaqla) insanın böyük əzab-əziyyətlə ölməsi ABŞ prezidentini özündən çıxmış RF-nı cəzalandırmaq qərarını qəbul etməyə gətirib çıxartdı. Və cənab Tramp insan tələfatını minumuma salmaq xatirinə raket hücumuna 2 saat qalmış RF-nı ancaq xəbərdar etdi və bildiyiniz kimi, 59 raketlə aerodrom, onun infrastukturu və orada olan təyyarələri vurdu. RF-ya bir daha ABŞ və Qərbin silahlı qüvvələrindən hansı səviyyədə geri qaldığını nümayiş etdirdi. Bütün dünyaya S-400 tipli hava hucumlarına qarşı raket kompleksinin ən qabaqcıl texnologiya olduğunu elan edən Rusiya, 2 saat öncə xəbərdar edilməsinə baxmayaraq, ABŞ-ın bir raketini belə vura bilmədi.

Qərb ölkələrinin nümayəndələri BMT-də (tək Qərb ölkələri yox, 10-larla başqa ölkələr) Suriyanın kimyəvi hücumunun səbəbkarının RF olduğunu elan etdi. Başqa sözlə, BMT iclasında RF-nı dəstəkləyən bir ölkə də tapılmadı.

- Bəs, indi nə olacaq? Rusiyanın Baş naziri Medvedyev ABŞ-la müharibəyə santimetrlər qaldığını bildirib. Bu ehtimal nə qədər realdır?

– Medvedyev buğda yeyib cənnətdən çıxanlar qrupuna aiddir. O, heç baş naziri olduğu ölkəsində belə, insanların real vəziyyətini dərindən bilmir. Bu adam hansı ağılla müharibəyə santimetrlərin qaldığından söhbət açır? Rusiya heç vaxt ABŞ-a qarşı müharibə edə bilməz. Bu müharibə baş versə, bir neçə aydan uzun çəkməz. İndiki müharibə 19-cu əsrlərin lokal qarşıdurmaları, hətta 1-ci Dünya müharibəsi deyil ki, qoşunun və onda olan tüfənglərin sayına görə, məsələn, bir il müharibə aparasan. Qərbin hərbi xərcləri 1 trilyon dollardır (bunun 670 milyardı ABŞ-ın payına düşür), RF-nın isə 85 milyard. Siz fantastik fərqi anlayırsınızmı?

RF-nın heç bir müasir texnologiyası yoxdur. Tək kosmos elmi ilə müqayisə etsəniz, RF artıq 50 il geridədir. Rusiyanın dəniz qüvvələrini nəinki ABŞ-la müqayisə etmək mümkün deyil, o, hətta Böyük Britaniya və Fransadan belə, 10 dəfə zəifdir. ABŞ-ın və ya Avropanın yaxınlığında 10-larla sualtı qayıqdan başqa (onlar da çox rahat hədəfdirlər) heç nəyi yoxdur. ABŞ-ın saysız-hesabsız peykləri isə onların yerlərini 1 metrə qədər dəqiqliklə hər an müəyyənlədirə və istənilən vaxt maksimum 2 saat ərzində məhv edilə bilər. Rusiyanın yeganə ciddi hərbi qüvvəsi sovetdən qalmış nüvə silahı daşıyan ballistik raketlərdir və o, həmin raketləri əlində “kozır” kimi tutur, Qərbi bu raketlərdən istifadə etməklə qorxudur. Ancaq Qərbdə olan raketlərdən müdafiə sistemi bu silahların ən azı 80 faizini Rusiyanın üzərində vura bilər. Bir çoxununsa şaxtadan çıxmasına imkan verməz. Ona görə də RF-nın ABŞ-la müharibə etməsinə bir neçə santimetr yox, bir neçə min kilometr məsafə qalıb.

- İki super güc arasında yaşanan bu gərginlikdən Azərbaycan nə qədər təsirlənə bilər?

– İlk növbədə RF super güc deyil və heç vaxt da ola bilməyəcək. Yeganə bu gün super gücə çevrilmək istəyən və Rusiyadan 3 dəfə çox hərbə pul xərcləyən Çinin, məsələn, 20 ildən sonra bu istəyinə nail olmaq şansı vardır.

Azərbaycana gəldikdə, RF-nın Azərbaycanı özünün və ya Ermənistanın əli ilə qismən işğal etmək şansı dəfələrlə aşağı düşüb. Suriya hadisəsi RF-na dərs oldu, yaxın vaxtlarda qonşularına qarşı ehtiyatlı siyasət aparmalıdır. Azərbaycan siyasi və iqtisadi reformalar aparsa və Qərbi buna inandırsa, işğal olunmuş torpaqlarının azad edilməsi gündəmə gələr və Moskva buna mane ola bilməz.

pia.az                                                                                                                                                      


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar