Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ Putinin Qarabağ planını durdurmaq istəyir”


Qabil Hüseynli: “Amerika əslində bilir ki, bu plan problemi tam həll edəsi deyil, əksinə, münaqişənin yenidən alovlanmasına gətirə bilər...”


ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri, uzun müddət danışıqlar prosesinin içində olmuş Metyu Brayza ABŞ-ın “Atlantik Council” beynəlxalq əlaqələr sahəsində qeyri-hökumət analitik mərkəzinin saytında yerləşdirilmiş məqaləsində bildirib ki, əgər Vladimir Putinin Qarabağ planı reallaşsa, o zaman Amerikanın Kremli Güney Qafqazdan sıxışdırıb çıxarmaq strategiyası iflas olacaq. 

Brayzanın məqaləsində bu xüsusda daha bir detal diqqət çəkir. Keçmiş diplomat yazıda iddia edir ki, AzərbaycanErmənistan prezidentlərinin Sankt-Peterburq görüşündə Putin tərəflərə irəliyə doğru tədricən hərəkət eləməyi təklif edib. Yəni öncə Ermənistan iki rayonu qaytarmalı, Azərbaycan isə qarşılığında nəqliyyat əlaqələrini və Ermənistanla iqtisadi əlaqələri açmalıdır. 

Diplomatın yazısından hasil olan əsas qənaət odur ki, ABŞ tərəfi doğrudan da problemin sırf Rusiyanın nəzarəti altında qalması və getməsindən, yumsaq desək, məmnun deyil. 

Təsadüfi deyil ki, Brayza məqaləsinin sonunda Vaşinqton hökumətini Qarabağ məsələsində fəal olmağa çağırır.

Keçmiş həmsədrin məqaləsinin məhz indi işıq üzü görməsi də təsadüfə bənzəmir və Türkiyə-Rusiya barışığını da nəzərə alsaq, hiss olunur ki, rəsmi Bakıda, bütövlükdə Azərbaycan toplumunda Moskvanın uğurlu vasitəçiliyinə və konturları görünən yeni Moskva-Ankara-Bakı formatına şübhə yaratmaq məqsədi güdür. Yəni ki, Rusiyaya ümid etməyə dəyməz, nicat yolu ABŞ-la, Qərblə bağlıdır. 

Bundan əlavə, Putinin tərəflərə 5 rayon deyil, 2 rayon təklif etməsi də yeni məqam kimi görünür. Görəsən, Brayza qapalı rejimdə keçmiş danışıqların detallarını haradan bilir? Ümumiyyətlə, Putin 2 rayon söhbəti edibmi? Brayzanın ABŞ-ın narahatlığını yazısı ilə sezdirməsi onu deməyə əsas verirmi ki, bu dəfə də Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqları ABŞ poza bilər?

 

Politoloq Qabil Hüseynli hesab edir ki, Rusiya ilə ABŞ-ın cənubi Qafqazdakı strateji maraqlarını üst-üstə qoysaq və ya müqayisə eləsək, bu müqayisə kontekstində Dağlıq Qarabağın gələcək vəziyyətini daha aydın təsəvvür edə bilərik: “Rusiya həqiqətən də öncə 2 və ya üç rayonun qaytarılmasını təklif kimi irəli sürür. Əvvəllər də belə olub. Qarşılığında isə Azərbaycan üçün məqbul olmayan məsələləri qəbul etməyimizi istəyir. Bu gün Rusiyanın Ermənistanla birlikdə hərbi birləşmələr yaratması, Ermənistandakı silahlı qüvvələrinə yeni canlı qüvvə, yeni texnika yeritməsi və digər addımlar onu göstərir ki, Rusiya Cənubi Qafqazda tamamilə möhkəmlənmək, ABŞ-ı sıxışdırıb çıxarmaq arzusundadır. 

Mən Rusiyanın Qarabağ probleminin həlli sahəsindəki səylərinə inanmıram. Əvvəla, bu problemin yaranmasında, problemin uzun müddətdir həll edilməməsində Rusiyanın rolu kifayət qədər böyükdür. İndi isə heç gözləmədiyimiz halda ABŞ və Almaniya Dağlıq Qarabağ probleminə kifayət qədər fəal surətdə müdaxilə etməyə başlayıblar -  ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, Almaniya isə ATƏT-in fəaliyyətdə olan sədri kimi. Onların birinci təklifi odur ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayondan bütün işğalçı erməni qoşunları çıxarılmalıdır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal faktını da onlar etiraf ediblər. Amma belə bir etirafı biz hələ ki ciddi şəkildə Rusiyanın dilindən eşitməmişik. Qərb Azərbaycana, xüsusən Xəzər dənizi akvatoriyasına 50 milyard dollara yaxın sərmayə yatırıb. İndi belə görünür ki, XəzərRusiyanın ardı-arası kəsilməyən manevrləri, Dağlıq Qarabağ məsələsinin həllində beynəlxalq hüquqa əsaslanmayan, BMT-nin qətnamələrinə əsaslanmayan təkliflərin Rusiya tərəfindən irəli sürülməsi, üstəlik də rus mətbuatında Rusiya qoşunlarının sülhməramlı qüvvələr adı altında Dağlıq Qarabağda yerləşdiriləcəyi barədə fikirlərin ortaya atılması ABŞ-da narahatlıq yaradır. NATO Rusiyanı özünün bir nömrəli düşməni hesab edir və Rusiya ətrafında böyük bir mühasirə həlqəsi düzəltmək istəyir. Bunu Şərqi Avropada, Gürcüstanda yerinə yetirib. Növbəti mərhələ Cənubi Qafqazın digər ölkələri ola bilər. Bu ölkələrdə də NATO Rusiya kimi RLS tikmək, hərbi qüvvələr gətirmək taktikasından yox, ölkələrdəki münaqişələri beynəlxalq hüququn normalarına uyğun olaraq həll etmək istəyir. Supergüclər burada toqquşur. Amma toqquşmada biri bölgəni tam nəzarət altın almaq istəyir, o birisi bölgənin problemlərini ədalətli həll etməyə çalışır, amma bölgəni də öz təsiri altında saxlamaq istəyir”.

Q.Hüseynli qeyd etdi ki, Rusiya Dağlıq Qarabağ problemini ədalətli həll edib bölgəni öz təsiri altında saxlasaydı, bölgənin rəğbətini qazana bilərdi: “Amma ”dovşana qaç, tazıya tut" siyasəti ilə, “parçala hökm sür” siyasəti ilə bölgə əhalisinin rəğbətini qazanmaq və problemləri həll etmək mümkün deyil. Rusiyanın Ermənistanla birgə hərbi birləşmə yaratması ilə ədalətli vasitəçilik prinsipləri qətiyyən bir-birinə uyğun deyil. ABŞ da əslində bilir ki, Putin planı deyilən plan Dağlıq Qarabağ problemini tamamilə həll edəsi deyil. Qərbdə hətta belə düşüncə var ki, Rusiyanın həll planı münaqişənin yenidən alovlanması ilə nəticələnə bilər. Ona görə də ABŞ Rusiyanı durdurmaq istəyir. Rusiyanı tamamilə öz qabığı, öz tarixi sərhədləri çərçivəsinə salmaq istəyir. Qərbin bu bölgədə siyasi maraqları Rusiyanın siyasi maraqlarından daha üstündür". 

Politoloqun sözlərinə görə, Putinin iştirakı ilə AzərbaycanErmənistan prezidentlərinin keçirdiyi görüşdəki danışıqlar barədə məlumatı ABŞ həm texniki yollarla, həm də Minsk Qrupundakı fəaliyyəti ilə əldə edə bilər: “Digər tərəfdən, Metyu Brayzanın dedikləri yeni bir şey deyil. Əvvəldən də bəllidir ki, hətta beş rayonun qaytarılması razılaşdırılsa belə, bu rayonların hamısı eyni vaxtda qaytarılmayacaq. Ermənilər bəyan etmişdilər ki, belə bir razılaşma olsa belə, rayonları bir-bir geri verəcəyik, çünki texniki cəhətdən buna imkanımız yoxdur. Arada bir müddət isə iki rayonun eyni vaxtda qaytarılacağı barədə fikirlər yayılmışdı. Bütün bunlar ABŞ-a da, Metyu Brayzaya da məlum olan məsələlərdir. Brayza ermənilərin köhnə təfəkkür tərzinə istinad edərək ola bilsin ki, ya özündən həmin fikirləri quraşdırır, quraşdırırsa da həqiqətə çox yaxındır. O da mümkündür ki, ABŞ-ın əlində olan dəqiq informasiyalardan Brayza da məlumatlıdır və həmin məlumatlar əsasında danışıb. Brayza diplomatiyada bişmiş adam kimi məlumatların bəzi komponentlərini təqribi formada quraşdırıb təqdim edə bilər”. 

Ekspertə görə, ABŞ Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsini qətiyyən istəmir: “Vaşinqton əmindir ki, Putin planı deyilən plan əslində Rusiya qoşunlarının Dağlıq Qarabağda-Azərbaycan ərazisində yerləşdirilməsini hədəfləyib. ABŞ Rusiya ilə mübarizədə bir qədər cəsarətli və barışmaz mövqe tutarsa, bölgədəki geostrateji vəziyyət sürətlə dəyişə bilər. Bu dəyişiklik fonunda Qarabağ problemini ədalətli həll etmək çox da çətin olmaz. ABŞ ya prosesə birdəfəlik girişib Rusiyanın bölgədə at oynatmasına son qoymalıdır, ya da bölgəni taleyin, Rusiyanın ümidinə buraxıb hadisələrin inkişafını kənardan seyr etməlidir. Amma o zaman vəziyyət çox ağır ola bilər”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar