Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ-ın yenidən hegemoniyasını təmin etmək üçün mütləq mənada Trampa ehtiyacı var” - Politoloq


Natiq Miri: “Tramp birmənalı şəkildə vəd edir ki, artıq ABŞ siyasi idarəetmə rejiminləri baxımından heç bir ölkənin daxili işlərinə qarışmayacaq”


“Əgər qarşıdurma  bu cür artan proseslə davam edərsə, Tramp öz prezidentlik zamanını axıra kimi başa vurmaya bilər”.

Bu sözləri Tramp və adminstrasiyasının əsas məqsədlərinə münasibət bildirən politoloq Natiq Miri PİA.AZ-a açıqlamasında qeyd edib.

ABŞ-ın yeni prezidenti Donald Trampın inaqurasiya zamanı etdiyi çıxışı bəziləri Hitlerin hakimiyyətə gəldikdən sonra etdiyi çıxışa bənzədir. Trampla Hitler arasında hər hansı parallellər varmı? Ümumilikdə Trampın və komandasının izlədiyi siyasətin əsas məqsədləri nədir? Faktiki olaraq, ABŞ-da inqilabi dəyişikliklər edəcəyini bildirən Tramp nəyə can atır? 
Bununla yanaşı, inaqurasiyadan bir gün sonra Trampa qarşı “Qadınların marşı” oldu və bu aksiyada ABŞ-ın müxtəlif şəhərlərində iki milyondan artıq insanın toplaşdığı bildirilir. Trampa qarşı belə bir xalq müxalifətinin olması yeni adminstrasiya üçün hansı problemlər yaradacaq və bu şərtlər altında Trampın vədlərini yerinə yetirə bilməsi nə qədər mümkündür?

Картинки по запросу natiq miri

Natiq Miri: “Trampın əsas hədəfləri daxili cəhətdən ABŞ-ın möhkəmləndirilməsidir”.


Trampın hədəfi ilə Hitlerin hədəfinin çox fərqli olduğunu qeyd edən politoloqa görə, ABŞ-ın əsas məqsədi daxili siyasətinin möhkəmləndirilməsindən ibarətdir: 

“İndiki zamanda ikinci bir Hitlerin meydana gəlməsi, dünyanı bu səviyyədə idarə etməsi və böyük savaş başlatmasını mümkün hesab eləmirəm. İkincisi, Tramp daha çox öz ölkəsinin inkişafına yönəlik açıqlamalar verdi. Bundan sonra ABŞ-ın bir çox dünya dövlətləri ilə ticarət əlaqəsini dayandırmaq məsələsi durur.  ABŞ sadəcə olaraq öz təhlükəsizliyi baxımından, hətta ABŞ büdcəsinə ziyan verə biləcək bəzi ticarət əlaqələrində iştirak edir. Bunun səbəbi ondan ibarətdir ki, bir növ müttəfiq ölkələr vasitəsilə həm öz təhlükəsizliyini, həm də dünyada özünün hegemonluğunu təmin edə bilsin.  Ancaq Trampın yeni siyasəti tamamilə fərqli bir siyasətdir. 

Tramp ABŞ-da işsizlik səviyyəsini minumuma endirmək üçün istehsalın yenidən ABŞ-a qaytarılmasına vəd verib. Bu yöndə xüsusilə də Çinlə münasibətlərə yenidən baxılmasını vəd edib. Söhbət bir çox iri sənayə müəssisələrinin ABŞ-dan kənarda fəaliyyət göstərməsindən gedir və fərqlənən ölkələrdən biri də Çindir. Ucuz əmək haqqı və ucuz işçi qüvvəsi Çində mövcud olduğuna görə biznesmenlər daha çox bu ölkəyə maraq göstərirlər. O baxımdan Tramp bütün sənaye istehsalı və digər istehsal növləri ilə məşğul olan bütün biznesmenlərin yenidən ABŞ-a qaytarılmasına söz verib. Bütün bunlar daxili cəhətdən ABŞ-ın güclənməsinə xidmət göstərəcək. 

Bu gün daxili və xarici borcları hesablasaq, ABŞ-ın 18 trilyon dollara qədər borcu var. Bu borcları bağlamaq, sözün əsl mənasında ABŞ-ın yenidən hegemoniyasını  təmin etmək üçün mütləq mənada Trampın dediklərinə ehtiyac var. Düşünürəm ki, Tramp ABŞ-ın həm sosial, həm təhlükəsizlik, həm də siyasi-iqtisadi cəhətdən möhkəmlənməsi üçün bəzi islahatların aparılması üçün vəd verib. Təbii ki, bu ABŞ-ın dövlət maraqları çərçivəsində qəbul olunmalıdır. 

Yeni dünya savaşının başlanması və yeni torpaqların Hitler kimi işğal olunmasına gəlincə, bu yöndə Trampın hansısa bir açıqlamasını görməmişik. Əksinə Tramp birmənalı şəkildə vəd edir ki, artıq ABŞ siyasi idarəetmə rejiminləri baxımından heç bir ölkənin daxili işlərinə qarışmayacaq. Bu o deməkdir ki,  rəngli inqilablar dövrü sona çatıb. Ona görə də bu cür xarici siyasət yürütməklə Trampı müəyyən mənada Hitlerlə paralel qurmaq çox çətindir. Trampın əsas hədəfləri daxili cəhətdən ABŞ-ın möhkəmləndirilməsidir. Ancaq burada gizli hədəflər də ola bilər. Yəni, ABŞ daxili və iqtisadi cəhətdən yenidən dünyada ən qüdrətli ölkə olduğu təqdirdə priotetlər ABŞ üçün yenidən dəyişə bilər. Bu gün ABŞ-ın ehtiyacı məhz daxili və xarici borcların bağlanması, işsizlik səviyyəsinin minumuma enməsi və ABŞ cəmiyyətinin yenidən güclənməsidir”. 

Natiq Miri: “Sözün əsl mənasında ABŞ-ın yenidən hegemoniyasını  təmin etmək üçün mütləq mənada Trampın dediklərinə ehtiyac var”.


Trampa qarşı “Qadınların marşı” aksiyasına gəlincə, politoloq Natiq Miri ABŞ-ın yeni adminstrasiyasının xalqa və mediyaya qarşı təxirəsalınmaz addımlar atmağının və xalqın etimadını qazanmağın vacib olduğunu vurğulayıb:

ABŞ-ın tarixində seçilən heç bir prezident bu cür müqavimətlə qarşılaşmayıb. Çünki inaqurasiya zamanı və sonrakı günlər bəzi statistik göstəricilərə görə 2 milyona yaxın qadın müxtəlif ştatlarda etiraz ediblər və bu çox böyük bir gücdür. Qadınların həssas bir zümrə olduğunu nəzərə alsaq, qadınların bu cür etimadsızlığa qalxması yeni ABŞ adminstrasiyası üçün çox böyk etimad problemi yaradacaq. Çünki bu islahatların keçirilməsi üçün mütləq mənada xalqa söykənmək lazımdır. Bu cür etimad olmadığı təqdirdə islahatların həyata keçirilməsi problemli olacaq. Bunun üçün ilk 100 gündə Tramp xalqa verdiyi vədlərin müəyyən hissəsini yerinə yetirməlidir ki, ən azından xalqın onun haqqında düşünülən mənfi rəylərin elə olmadığını göstərsin. Əks halda ABŞ-ı və islahatları idarə etmək mümkün olmayacaq. Əgər qarşıdurma  bu cür artan proseslə davam edərsə, Tramp öz prezidentlik zamanını axıra kimi başa vurmaya bilər. Bu baxımdan mütləq mənada xalqın və medianın etimadını qazanmaq məcburiyyətindədir. Bu gün medianın böyük əksəriyyəti Tramp adminstrasiyasına qarşı savaş açıb. Bu baxımdan yeni adminstrasiya təxirəsalınmaz addımlar atmalıdır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar