Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ-ın yeni lideri müharibələrə son qoya bilər” - Ramiz Əmirli


Ramiz Əmirli: “İnsanlar yadplanetlilərin köməyi ilə yeni kəşflər edirlər”


“Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli 33 ildir ki, Macarıstanda yaşayır. Budapeştə yolu düşən həmvətənlərimizi hava limanında qarşılayıb, yolboyu şəhərin gözəlliklərindən danışan, daha sonra qonaqlarını gəzdirərək bu gözəllikləri əyani olaraq göstərən Ramiz Əmirli bizi də qarşılamaq üçün Budapeşt hava limanına gəlmişdi. İki ölkənin adətlərinin, millətlərinin, tarixlərinin bənzərliyindən söz açan Ramiz bəydən müsahibə almaq istədiyimi bildirdim. Bu istəyim isə səfərimin son günü baş tutdu:

- Ramiz bəy, Macarıstanda nə qədər azərbaycanlı yaşayır?

- Azərbaycan və Macarıstan arasındakı sazişə əsasən, bura ildə 200 azərbaycanlı tələbə gəlir. Onların təhsil haqqını Macarıstan dövləti qarşılayır. Azərbaycandan bura ailə qurub gələnlər isə çox azdır. Gəlib burada iş quranların sayı isə təxminən 10-15 nəfərdir. Bir sözlə cox aziq.

- Macarıstanda Azərbaycan diosporu nə vaxtan fəaliyyətə başlayıb və bu təşəbbüs kimin tərəfindən irəli sürülüb?

- Bizim lobbimiz 1993-94-cü illərdən fəaliyyətə başlayıb. O zaman iki ölkə arasında iqtisadi və siyasi əlaqələr yox idi. 1994-cü ildə mərhum prezident Heydər Əliyev Budapeşt sammitinə gələndə Macarıstanın xeyli nazirlərini və çox sayda iş adamlarını Heydər Əliyevlə görüşdürdük. Daha sonra Heydər Əliyevlə təkbətək cox saylı görüşümüz oldu və söhbətlərimiz zamani diaspor məsələsinə də toxunuldu. O, bildirdi ki, mütləq diaspor yaratmaq lazımdır. Heydər Əliyev biləndə ki, həyat yoldaşım macardır, mənim şəxsi həyatımla da maraqlandı, Macarıstanda Azərbaycan diasporunun qurulmasının vacibliyini vurğuladı və buna dəstək göstərəcəyini bildirdi. Elə həmin illərdə Heydər Əliyevin istəyi əsasında Azərbaycana 577.000 ABŞ dollari dəyərində ərzaq məhsullari göndərdik. Macaristanin xarici işlər naziri və ATƏT-in o zamankı sədri Kovacs Laszlonun Azərbaycana səfərinin təşkilatcisi oldum. 1996-cı ildə Qara Dəniz Ölkələrinin dövlət başcilarinin Buxarest sammitində Heydər Əliyevlə növbəti görüşümüz oldu. Orda lobbi barədə yenidən fikir mübadiləsi apardıq. Bizim məqsədimiz istər Macarıstanda, istərsə də digər qonşu ölkələrdə Azərbaycanın mənafeyini müdafiə etmək idi.

1994-cü ildə Macarıstanda həftədə 1 dəfə efirə çıxan, o vaxt çox məşhur olan “Panorama” verilişi var idi. Həmin il macar dostlarımın köməyi sayəsində verilişin bir qrup əməkdaşını Azərbaycana göndərdik. Onlar H.Əliyevdən 40 dəqiqəlik müsahibə almışdılar və Qarabağ bölgəsinə gedib, vəziyyəti gözləri ilə görmüş, bir saatlıq veriliş hazırlamışdılar.

Burada şəxsi hesabımıza Qarabağ haqqında çox sayda kitab çap etdirmişik. Azərbaycan və Macarıstan arasındakı ilk iqtisadi əlaqə də mənim köməkliyimlə baş tutub. Məşhur iş adamı olan macar dostumla buradan Azərbaycana ət məhsulu göndərmək istəyəndə iki ölkə arasinda heç bir iqtisadi əlagənin olmamasi üzə cixdi. O zaman dostlarımla birlikdə iqtisadi əlaqələrin təməlini qurduq. Macarlar bizə qohum xalqdır. Türkmənşəli millətdirlər. Onların bizə sevgisi həmişə hiss olunur. Lobbimizin güclü və ya zəif olması o qədər də əhəmiyyət kəsb etmir, çünki onlar bizim kimi türkmənşəli millətdir.

Onlar özləri də Avropaya gəlmə xalqdır. Atilla Romaya qədər fəth etdi və indiki Macarıstanın ərazisində məskən salaraq qaldı. Hətta onların da bizə bənzər tarixi var. Fikir verin, Macarıstan özü də qonşu 5 ölkəyə öz dogma torpagından “pay” verməyə məcbur edilib. Bütün qonşu ölkələrin hamısına bir parça Macarıstan torpağı düşüb. Bunun da siyasi tərəfi var, çünki gəlmə xalqın Avropada böyük dövlət kimi qalması qonşu dövlətlərə, o cümlədən, hegomon alman dövlətinə heç cür sərf etmir. Ona görə də, birinci və ikinci dünya müharibələrində bu ölkəni hissə-hissə bölüblər. Indi müstəqil olaraq kiçik bir Macarıstan qalıb. İndiki ərazimizin, hətta millət sayımizın da oxşarligi var.

- Diaspor fəaliyyətində hansı yeniliklərə ehtiyac var?

- 2016-cı ilin iyun ayında Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının dördüncü qurultayına bizi dəvət etmişdi. Orada çıxış edən prezident artıq diaspor fəaliyyətində dəyişikliklərə ehtiyac olduğunu bildirdi. Prezidentimiz söylədi ki, diaspor fəaliyyətinə yeni istiqamət verilməlidir. Bu, o demək idi ki, artıq xarici ölkələrdəki diaspor dövlətin dəstəyini hiss etməlidir və dövlətlə əlaqəli şəkildə fəaliyyətini davam etdirməlidir. Avropa ölkələrində lobbi fəaliyyəti çox zəifdir. Bizim fəaliyyətimiz sadəcə, faciə günlərinin anımını qeyd etməkdən ibarət olmamalıdır, matəm günlərini qeyd etməklə işimizi bitmiş hesab etməməliyik.

Qurultayda prezidentimizin genişməzmunlu cixişindan sonra bəzi dəyişiliklər hiss olundu. Artiq hiss edirik ki, həqiqətən də uğurlarimiz günü- gündən coxalir. Lap yaxşi olardi ki, yaşadigimiz ölkələrin taninmiş politoloqlari, tarixçiləri, öndə gedən media qurumlari ilə iş birliklərini quraq. Çalişaq ki, özümüzün də media qurumumuz, hec olmasa, saytimiz olsun. Bütün bunlar olarsa, Azərbaycan diasporu artıq dünyada öz sözünü deməyi bacaracaq.

Bizə gəldikdə isə maddi çətinliklərimiz var, həmişə də olub. Çünki heç bir tərəfdən maddi yardım almırıq. Yaxın gələcəkdə dövlət tərəfindən maddi dəstək olunacağını gözləyirik. Öz vəsaitimiz hesabına millətimizi, dövlətimizi təbliğ və təmsil edirik. Xocalı faciəsinin ildönümündə anım günü keçirdik. 20-25 avtomobillə şəkillər vurub polisin icazəsi və müşayətilə Qəhrəmanlar Meydanından Buda qalasına qədər 2 saatlıq yürüş etdik, Xocalı faciəsini macar xalqının və bura turist kimi gələnlərin diqqətinə çatdırdıq, Xocalı soyqırımından bəhs edən kitablar payladıq.

- Macarlarla azərbaycanlıların oxşar və fərqli cəhətləri hansılardır?

- Macarıstan Avropanın ən mədəni xalqıdır. Bu xalqı istər mətbəxinə, istərsə də qonaqpərvərliyinə görə qonşu ölkələrlə müqayisə etmək mümkün deyil. Macarlar Avropaya özləri ilə Şərq mədəniyyətini gətirib, burda isə onu müasirləşdiriblər. Sanki Şərqin və Qərbin mədəniyyətlərini süzgəcdən keçirərək gözəl mədəniyyət formalaşdırıblar. Burda insanlar sanki bir-birinə kömək etmək üçün yaşayırlar. Macarıstan özü çox gözəl təbiətə, sakinləri isə yüksək mədəniyyətə malikdirlər. Macarıstanla Azərbaycanın oxşar tərəfləri çoxdur. Bu iki ölkənin mətbəxləri də bir-birinə bənzəyir.

Fərq isə ondan ibarətdir ki, burada 18 yaşlı uşaqları artıq sərbəst buraxırlar. Əgər Budapeştdə yaşayan 18 yaşlı tələbə dostları ilə kirayədə yaşamaq istəyirsə, buna mane olmurlar. Digər tərəfdən, macarların dinə bağlılıqları cox azdir. Artiq Avropada demək olar ki, din tarixin arxivinə keçir. Gənc nəsil dindən daha çox təhsilə yönəldilir. Macarıstanda universitet bitirmiş bir gənclə Azərbaycanlı universitet məzunu gənci müqayisə edəndə arada dərin uçurumun olduğunu görmək olar. Bu da ondan irəli gəlir ki, burada təhsilə daha çox önəm verilir. Sanki, Azərbaycanda gənc nəsildə savadsızlaşma gedir. Əlbəttə, bununla demək istəmirəm ki, Azərbaycanda savadli gənclər yoxdur. Var, amma istərdim ki, millətimin bütün gəncləri savadli olsun. Çünki, bir millətin gələcəyini onun savadli toplumu həll edir. Hərdən sosial sorğuları izləyəndə, 20 nəfərdən birinin doğru-düzgün cümlə qura bilmədiyinin şahidi olanda ürəyim agrayır. Hər şeyin təməli təhsildən başlayır. Mədəniyyətin də təməli təhsildir. Biz niyə özümüzü savadli millətlər sırasında görməməliyik. Başqaları Marsda bitki yetişdirməyi bacarır, amma biz hələ də dünyaya yeni nəsə kəşf edib, hədiyyə etməyi bacarmamişiq. Hec olmasa, gündəlik istifadə etdiyimiz mobil telefonun kiçicik bir hissəsində adımız hallanaydı.

- Övladlarınızın fəaliyyəti nədən ibarətdir?

- Böyük oğlum Rüstəm dilçidir. Ədəbiyyata meyllidir, şeirlər yazır. Mən də gənc yaşlarımda şeir yazırdım, düşünürəm ki, bu istedad ona məndən keçib. Rüstəmin 3 kitabı çapdan çıxıb. İndi o, türk dilini daha yaxşi öyrənmək üçün kursa yazılıb. Kiçik oğlum Davud isə texniki fənnlərə üstünlük verir. Texniki Universitetin 4-cü kurs tələbəsidir. Yoldaşım ali təhsillidir. Əvvəllər işləyirdi, indi isə işləmir. Burada 70-80 faiz qadınlar işləyir. Ali təhsilli şəxslərin isə iş axtarmaq kimi problemi olmur. Onlar rahatlıqla ixtisaslarına uyğun iş tapa bilirlər. İşləmək istəyənə hər yanda iş var, amma adi bir satıcı belə, gərək orta səviyyəli ingilis dilini bilsin.

- Bildiyimə görə, sizin Macarıstanda dostlarınız, yüksək səviyyəli əlaqələrininiz var...

- Macarıstanda coxdan yaşayıram. Ona görə də, burada coxlu dostlarim və yüksək səviyyəli əlaqələrim var. Mən vətənim, millətim üçün öz dostlarımın hesabına böyük işlər görmüşəm. Burada hamısını açıq demək istəmirəm. Budapeştdə Azərbaycanşünas bir xanım var, Borbala Obrusansky. Tarixcidir, o, Macarıstanın ən böyük universitetlərində mühazirə deyir. Azərbaycanın mənafeyini həmişə müdafiə edir. Mühazirələrində Qarabağ probleminə toxunur, torpaqlarımızın işğal olunmasını, başımıza gətirilən dəhşətli hadisələri vurğulayır. Macar dilində Azərbaycan haqqında kitablar yazıb. Belə dostlarim coxdur, onlara həmişə minnətdaram. Bu, diasporun fəaliyyəti deməkdir. Azərbaycanlı birinin ölkəsini təbliğ etməsi yetərli deyil, gərək onun yaşadığı ölkədən yerli dostları ola ki, onlar da Azərbaycanı təbliğ edə... Diaspor üzvləri gərək elə əlaqələr quralar ki, ölkələrini yerli xalqdan olan nümayəndələr də təbliğ etsin. Əsl təbliğat Azərbaycanlının macarlarla və ya başqa xalqın nümayəndələri ilə birləşib, ölkəsini təbliğ etməsidir. Bundan başqa da yüksək səviyyəli dostlarım var və onlar Azərbaycanı təbliğ etməyimizə həmişə kömək edirlər. Dostlarım arasında hakim və müxalifət partiyasının nüfuzlu nümayəndələri də var.

- Müxalifətdən söz düşmüşkən, Macarıstanda iqtidar-müxalifət münasibətləri necədir?

- Macarıstanda iqtidar-müxalifət münasibətləri normaldır. Parlamentdə hər kəs durub sözünü deyə bilir. Efirdə, mətbuatda fikirlərini çatdırır, tənqid edirlər. Burada müxalifətçinin və ya jurnalistin tənqidi fikirlərə görə həbs edildiyini eşitməmişəm. Demokratik dəyərlər ön plandadır. Həqiqəti yazır, deyirsənsə, normal qarşılanır.

- Son illərdə Avropa mühacir axınına məruz qalsa da, Budapeştdə mühacir görmək demək olar ki, mümkün deyil. Macarıstan bu axından kənarda qalmağı necə bacarır?

- Son zamanlar Azərbaycandan da Avropaya mühacir axını açıq şəkildə hiss olunur. Macarıstan heç bir ölkədən, o cümlədən, Azərbaycandan qaçqın qəbul etmir. Suriya, İraqda müharibədir, Afrika ölkələrində açlıqdır və insanlar ölümdən xilas olmaq üçün Avropaya axın edirlər. Azərbaycan isə demokratik və sabit ölkədir, onun vətəndaşları niyə görə gəlib, Macarıstanda mühacir kimi yaşamalıdırlar? Azərbaycanda elə bir problem yoxdur ki, vətəndaşları mühacirətə gedə... Gələnlər də düşərgəyə yerləşdirilir və ölkələrinə deportasiya edilir. Amma Azərbaycandan birbaşa Macarıstana gələrək yaxın ölkələrə, əsasən də Almaniyaya keçənlər çox olur.

İndi ABŞ-da yeni prezidentin seçilməsi qaynar müharibə ocaqlarını söndürməyə başlayıb. Türkiyə-Rusiya münasibətləri normallaşıb. ABŞ-da yeni liderin seçilməsi savaş və müharibələrə son qoyacaq. Mən buna çox sevinirəm. Hətta, istərdim ki, Yer kürəsində bir Şura yaradılsın və orda hər millətdən bir nümayəndə təmsil olunsun. Dovlətlər arasındakı savad-bisavadlıq, varlı-kasıblıq aradan götürülsün. Bütün millətlər bərabərləşsin. Bir ölkə bolluqda, digəri aclıqda qalmasın. Bu, mənim xəyalımdır və nə vaxtsa reallaşacağına inanıram. Artiq dünya siyasəti dəyişir. Heç bir müsbət tərəfi olmayan müharibələrin bitməsi ancaq dünyanın inkişafına təkan ola bilər. Bəzən fikirləşirsən ki, dövlətləri bir- biri ilə savaşa cəlb edən səbəb nədir, görəsən? Yəni müharibəsiz Yer kürəsi mümkün deyilmi? Bu qədər gerizəkaliliq hələ də mövcuddur?

- Siz macar xanımla ailə qurmusunuz. Bəs, burada macar kişi ilə ailə quran azərbaycanlı xanımlara rast gəlmək olurmu?

- Əlbəttə. Bir neçə belə ailə tanıyıram. Biri elə öz dogma yurdum olan Ağdamdandir, macar kişiyə ərə gəlib. “Qırmızı Xaç” çəmiyyətində işləyir. Biri isə azərbaycanda yaşayır. Dünya artıq dəyişir, texnologiya inkişaf edir. İnternet insanları yaxınlaşdırır. İndiyə qədər din, məsafənin uzaqlığı bu münasibətlərin qarşısına sədd çəkirdisə, artıq buna əhəmiyyət verən yoxdur. Hamımız bir Yer kürəsinin sakinləriyik. Kim harada istəyirsə, yaşaya bilməlidir. Əsas məsələ odur ki, insan yaşadığı ölkənin dilini və mədəniyyətini mənimsəyə bilsin. Modern həyata qədəm qoymuşuq, yüz-yüz əlli il sonra heç dövlətlər arasında sədd də olmayacaq. Ondan sonra isə nəinki Yer kürəsi, biz kainata inteqrasiya edəcəyik. Biz yaşamaq üçün başqa planetlər axtarmağa başlayacağıq. Gələcək bundan ibarətdir. Yer kürəsi daimi ola bilməz. Vaxtı, müddəti çatanda Yer də məhv olacaq. Həyatı davam etdirmək üçün yeni planet tapmağa məcburuq ki, ora köçək.

- Belə çıxır ki, siz yadplanetlilərə də inanırsınız...

- Yadplanetlilər təbii ki, var. Onlar bu gün də, min illər əvvəl də bizim aramızda olublar. İnsanların son 100-150 ildə beyninin inqilabi inkişafına da yadplanetlilərin təsiri var. Biz də nəzarət altındayıq. Müəyyən zaman yetişəndə onların köməyi nəticəsində yeni kəşflər edirik. Onlar texnoloji cəhətdən bizdən çox irəlidədirlər və zamanı önləmək kimi biliyə sahibdirlər. Mən özüm yadplanetlilərlə təmasda da olmuşam. Xəzər dənizinin üstündə 4-5 “uçan boşqab”ın ucuşunu macar dostumla müşahidə etmişəm. Onlar titrəyərək hərəkət edir və sıcrayış halında yerlərini dəyişirdilər. Onu müasir dünyanın texnologiyası hesab etmək olmazdi. Qisa bir zamandan sonra cox böyük sürətlə uzaqlaşib gözdən itdilər. Onlar o qədər yüksək texnologiyaya sahibdirlər ki, zamanı da önləməyin sirrini kəşf ediblər. Kim yadplanetlilərin varlığına inanmırsa, demək o, hələ dünyani lazımi səviyyədə dərk etmir. Kainatda tək deyilik. Bu, artiq sübut olunmuş bir faktdir. 

- Ölkəmizin dövlətlər arasindakı yeri və inkişafı uzaqdan necə görünür?

- Bilirsiniz, indi bütün dünyada vəziyyət çətinləşib. Bizlər isə tarixboyu çox çətin imtahanlar ilə üzbəüz qalmışıq. Bizləri də macarlar kimi, iri qonşu ölkələr həmişə parçalamaq həvəsində olublar və parçalayiblar da... Sadə bir misal: iki gəmi sonsuz bir dənizdə üzür. Biri fırtınalı, digəri isə sakit və ləpəsiz bir dənizdə... Fərq bundadir. Təəssüf ki, Azərbaycan adlı gəmi fırtinalı bir dənizdə üzür. Bu gəminin kapitani görün nə qədər bacarıqlı bir kapitan olmalıdır ki, özünün də içərisində olduğu gəminin batmaması ücün bütün hər şeyi edə bilsin. İnaniram ki, prezidentimiz bacarıqlı bir kapitandir. Bizlər isə hamılıqla onun ətrafinda birləşib, fırtınalı dənizlə birgə mübarizə aparmalıyıq. Artıq fırtına səngiməyə başlayir, zaman yetişir və ola bilsin, həqiqət zəfər calsin. Səbəb isə qardaş Türkiyə dövləti ilə qonşu Rusiyanın dostlaşmasıdır. Millətimiz də bu şansdan istifadə etməyi bacarmalıdır. Torpaqlarımızı azad edəndən sonra inkişafımız daha sürətli olacaq. Bütün bunlar ücün hamımıza ugurlar diləyirəm...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar