Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“690 nəfər külli miqdarda vergidən yayınıb”



Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınanlar cinayət məsuliyyətinə cəlb olunub


Vergilər Nazirliyindən lent.az-a verilən məlumata görə, bunu nazirliyin Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi Tural Quliyev bildirib.

Onun sözlərinə görə, xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə cari il ərzində 690 vergi ödəyicisi üzrə 28,9 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

“Bu ilin 10 ayı ərzində vergi orqanları tərəfindən əmlakın siyahıya alınması barədə 67.404  qərar açılıb, bu qərarlardan 72,6%-i vergi borcu ləğv edildiyi üçün bağlanılıbmış, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 1 milyon 478,7 min manat borc məbləğini əhatə edən 693 məhkəmə qətnaməsi qəbul olunub”.

İdarə rəisinin sözlərinə görə, ümumilikdə, əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 52,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

“Cari il ərzində vergi ödəyicilərinin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 11.589 vergi ödəyicisinin 12 milyon manatdan çox borcunun dövlət büdcəsinə alınması təmin edilib. 501 vergi ödəyicisi tərəfindən avtonəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul olunub”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar