Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“50 mini ailəmə, özümə xərcləyərəm“ - Natavan


“Saçlarımın başına bütün günü oyun açıram. Onu rəngləməyim əslində əhvalımla bağlıdır. Hər şey yaxşıdır, gözəldir, istəyirəm saçlarım da özümə oxşasın. Onlar üzərində eksperiment etməyi xoşlayıram. Ancaq hər zaman əvvəlki formaya qayıdıram. Bilirəm ki, saçımın ən gözəl modeli doğulduğum rəngdir”


Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi “ARB Ulduz”un “Şou məkan” verilişinə açıqlamasında deyib.

Sənətçi bildirib ki, makiyaj etməkdə ona bacısı məsləhət verir:

“Bacım kosmetika işlərində peşəkardır. Ona maska de, sənə 65 cürünü hazırlasın. Saça qulluqla bağlı hər şeyi bacarır. Mənim üzərimdə təcrübələr etməyi də çox sevir”.

N.Həbibi heç vaxt bahalı klip çəkdirməyəcəyini söyləyib:

“50 mini özümə, evimə, avtomobilimə, ailəmə xərcləyərəm. Yerli şou-biznesdə sənət dəliləri var ki, belə edirlər. Ancaq mən sənət yox, musiqi dəlisiyəm. Heç vaxt demərəm ki, hər şeyimi qurban verim, təki bu səhnədə olum. Səhnə hər şeyini versin, gəlsin yanımda dursun. Əvvəlcə özümü, ailəmi, durumumuzu fikirləşirəm. O qədər kasıblıq gördüm ki, indi rahat yaşamaq istəyirəm. Niyə görə acından ölüm, yeməyim və kiməsə deyim ki, al sən ye, mənə klip çək”.

Müğənni toyundan da söz açıb:

“Toy tarixini gizlətmirəm. Sadəcə açıqlamağı lazım bilmirəm. Lazım olan zamanda hər şey açıqlanacaq. Mediya nümayəndələrini kamerasız dəvət edəcəm. Toyumu insanlara, tamaşaçılara göstərmək istəmirəm. Sevənlərim məndən inciməyəcəklər. Çünki onlar mənim toyumu çoxdan gözləyirlər. Deyirlər sən canı göstərmə, amma evlən. Məni sevənlər xoşbəxt və ana olmağımı çoxdan gözləyirlər. Sizə demişdim ki, mən ailə qurandan sonra toylar azalacaq. Ancaq demişdim ki, mahnılar hər zaman olacaq. Çünki oxumasam, ürəyim partlayar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar