Azərbaycanda dərmandan zəhərlənmələr kimyəvi zəhərlənmələr sırasında ilk yeri tutur
Cebhe.info-ya açıqlama verən Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hal-hazırda dərmandan zəhərlənmədə artım müşahidə olunmur:
“Mərkəzimizə 5 ay ərzində dərman zəhərlənməsindən 36 xəstə qəbul olub. Bunun 90 faizi həkimin təyinatı ilə, 10 faiz isə bu dərmanları öz başına atanlardır.
Zəhərlənmənin səbəbi dərmanın keyfiyyəti ilə bağlı olmayıb.
Zəhərlənməyə səbəb ya bədənin müqavimətinin zəifləməsi, ya da dərmanın əks təsir göstərməsi olub”.
pia.az