Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“318 milyon manatı Cahangir Hacıyevin göstərişi ilə oğurlamışam“


“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının həbsdə olan müdiri Adil Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb


Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 mart 2016-cı il tarixinə qədər uzadılıb.

Bu ilin may ayında həbs edilən A.Hüseynov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının rəhbəri olub. A.Hüseynov istintaqa ifadəsində bildirib ki, o, filial rəhbəri olarkən Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində çalışmış Cahangir Hacıyev, İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev və digər rəhbər şəxslərin göstərişi ilə hərəkət edib. O, 318 milyon manat vəsaitin xərclənməsində birbaşa rəhbərlik tərəfindən göstəriş aldığını bildirib. Kreditlərin verilməsinə isə birbaşa həmin vaxt İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışmış Emil Mustafayevin şəxsən özü nəzarət edib.

A.Hüseynov 318 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub. Həmin məbləğin böyük bir hissəsinin Dubayda iki zavodun tikilişinə sərf edildiyi bildirilir.

Qeyd edək ki, A.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. O, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğludur.(virtual.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar