Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“21 Azər soyqırımı” adlı kitab işıq üzü görüb

Bu günlərdə Hüseyn Əlizadənin (Barış Mərəndli) fars dilində qələmə aldığı “21 Azər soyqırımı” adlı kitabı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “İran tarixi və iqtisadiyyatı” şöbəsinin elmi işçisi Saleh Dostəliyev tərəfindən ana dilimizə çevrilərək həmin institutun Elmi Şurasının qərarı ilə “Elm və Təhsil” nəşriyyatı tərəfindən çap edilmişdir.

 Kitabın elmi redaktorları Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə və həmin şöbənin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlidir. Müəllifin oxuculara təqdim olunan bu kitabı Pəhləvi şahlıq rejimi tərəfindən Cənubi Azərbaycanda 1945-1946-cı illər milli-demokratik hərəkatın qan içində boğulmasından və bundan sonrakı 1946-1947-ci illərdə soydaşlarımıza qarşı törədilmiş çoxsaylı vəhşi cinayətlər, zorakılıqlar və kütləvi qırğınlardan bəhs edir. 

Bu olaylar Azərbaycanda, İranda, Avropada, ABŞ-da çap edilmiş bir sıra kitablarda, məqalələrdə, informasiya vasitələrində müəyyən dərəcədə öz əksini tapmışdır. Amma cənubda xalqımızın başına gələn bu qanlı faciənin bir çox tərəfləri hələ də öyrənilməmiş və qaranlıq olaraq qalmaqdadır. Oxuculara təqdim olunan bu kitabda isə 1946-1947-ci illərdə Pəhləvi rejimi tərəfindən Cənubi Azərbaycanda törədilmiş qanlı cinayətlərin xeyli dərəcədə işıq üzünə çıxarılmasına yardım və yeni, bugünə qədər bilinməyən tarixi məlumatlar təqdim edilmişdir. 70 ildən sonra işıqlandırılmasına ehtiyac duyulan bu qanlı hadisələri gündəmə gətirməkdə məqsəd Cənubi Azərbaycanda milli-demokratik hərəkat nəticəsində 1945-1946-ci illərdə özlərinin Milli Hökumətini qurmuş azərbaycanlılara qarşı İranın Pəhləvi şahlıq rejimi tərəfindən törədilmiş soyqırımın qurbanları olmuş 25 min nəfərdən çox şəhidimizin müqəddəs ruhlarına dərin hörmətimizi bir daha ifadə etmək, eyni zamanda da bu faciəni bugünkü və gələcək nəslimizin şüur və yaddaşına, təfəkkür və düşüncəsinə həkk etdirmək və beləliklə, gələcəkdə bir daha belə ağrılı hadisələrin xalqımızın taleyində təkrar olunmasına imkan verməməkdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar