Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“20 yanvar faciəsi hələ beynəlxalq hüquqi qiymətini almayıb”

Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev XİN-in əməkdaşlarının iştirakı ilə 20 yanvar faciəsinin ildönümü ilə bağlı keçirilən anım tədbirində deyib


"20 yanvar faciəsi hələ də layiqincə beynəlxalq hüquqi qiymətini almayıb".

 Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev XİN-in əməkdaşlarının iştirakı ilə 20 yanvar faciəsinin ildönümü ilə bağlı keçirilən anım tədbirində deyib. O bildirib ki, bu, Azərbaycana qarşı aparılan ikili standart siyasətinin tərkib hissəsidir: "Faciədən qısa müddət sonra Mixail Qarbaçova Nobel sülh mükafatı verildi.  Hansı əməllərinə görə?"
 
H. Hacıyev qeyd edib ki, Azərbaycan xarici siyasətinin əsas hədəfi 20 yanvar faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması və beynəlxalq aləmdə həqiqi məlumatların yayılmasından ibarətdir: "20 yanvar faciəsi 1988-ildə Ermənistanda başlayan etnik təmizləmə siyasətinin, Xocalı faciəsinin və Azərbaycan torpaqlarının işğalının tərkib hissəsidir. Sovet ordusu faciəni törədərkən Əfqanıstanda iştirak etmiş heyətdən və ermənilərdən istifadə edib. Onlar hücuma Əfqanıstan əməliyyatı kontekstində rəng verməyə çalışırdılar".
 
XİN rəsmisi qeyd edib ki, bu gün Azərbaycanda möhkəm dövlətçilik ənənələri, institutları var və  Azərbaycan beynəlxalq münasibətlərin layiqli üzvüdür. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar