Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“2020-ci ildən sonra da Qran Pri keçirmək istəyirik” – Arif Rəhimov


“Formula 1″ Azərbaycanda get-gedə populyarlaşır. Düzdür, ölkəmizdə İtaliya və ya Böyük Britaniya kimi idman ənənəsi yoxdur.Lakin burada insanlar avtomobil idmanından zövq alırlar. Hər il azarkeşlərimizin sayı artır. Belə yüksəlişə daha əvvəl çox maraqlı yürüşlərin olması da təsirini göstərdi”


Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbəri Arif Rəhimov Almaniya mətbuatına müsahibəsində Azərbaycan Qran Prisi barədə danışarkən deyib. Gənc funksioner 2020-ci ildən sonra da Qran Pri keçirmək istədiklərini bildirib: “Biz vəziyyətə baxacağıq. Görək, Bakıdakı Qran Prilər necə alınacaq”.

Danışıqlar zamanı bəndlərdən biri yürüşün tarixi ilə bağlı olacaq. Bu il Azərbaycanın müstəqilliyinin 100-cü ildönümü münasibətilə təntənəli tədbir nəzərdə tutulduğundan, Azərbaycan Qran Prisi 27 – 29 apreldə təşkil olunub. 2016-2017-ci illərdə isə Azərbaycan Qran Prisi iyunda keçirildiyi üçün Fransadakı yürüşlərin başqa vaxta keçirilməsinə səbəb olub. A.Rəhimovun sözlərinə görə, builki Qran Pri də iyunda keçirilsəydi, bayram tədbirindən sonra yarış trasını hazırlamağa vaxt qalmayacaqdı. Lakin o, gələcək yürüşləri əlverişli hava şəraiti ilə əlaqədar iyunda keçirmək istədiklərini vurğulayıb.

31 yaşlı promouter Rusiyada keçirilən Soçi Qran Prisinə yaxın tarixi də istəmədiklərini diqqətə çatdırıb: “Soçi ilə aramızda cəmi 1000 km məsafə var. Xarici qonaqların çoxu Rusiyadan gəlir. Yaxşı olardı ki, bu iki Qran Pri arasında bir neçə aylıq müddət olsun”.

A.Rəhimov “Formula 1″in hazırkı sahibi “Liberty Media” ilə əməkdaşlıqdakı çətinliklərə də toxunub: “Əvvəlki ilə indikilər arasında fərq var. Bizim “Formula 1″in əvvəlki sahibi Berni Ekklstounla əla münasibətlərimiz var idi. “Liberty Media”dakı insanların isə çox da açıq olmadıqlarını düşünürük. “Liberty Media” özündə “Formula 1″in daha bir dövrünü ehtiva edir”.

Sonda BŞH rəsmisi builki Azərbaycan Qran Prisi barədə fikirlərini bölüşüb: “Yürüş vəd etdiyimiz kimi keçdi. Artıq turist axını 20 faiz artıb. Hər il xaricdən Bakıya çoxlu azarkeş gəlir. Bu il 80 min tamaşaçı var idi. Gələcəkdə bu say durmadan artacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Ən çox oxunanalar