Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“2020-ci ildə “ASAN Xidmət” Azərbaycanı tam əhatə edəcək” – Ülvi Mehdiyev


“2020-ci ildə “ASAN Xidmət” Azərbaycanı tam əhatə edəcək və hər bir Azərbaycan vətəndaşı “ASAN Xidmət”dən yararlana biləcək”


“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, 2020-ci ilə qədər “ASAN Xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq: “Bu ilin payızında Şəkiİmişlidəki regional mərkəzlər istifadəyə veriləcək. Mərkəzlərin hər biri 500 mindən çox əhaliyə xidmət göstərəcək. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti dövrdə daha 5 mərkəzin tikilməsi planlaşdırılıb. Bu istiqamətdə çox intensiv işlər gedir”.

Ü.Mehdiyevin sözlərinə görə, Dövlət Agentliyi Azərbaycan vətəndaşlarının kütləvi istifadə etdikləri xidmətlərin tam elektronlaşdırılmasını və vətəndaşların “ASAN Xidmət” mərkəzlərinə getmədən bunlardan istifadə edə bilmələrini qarşıya məqsəd qoyub: “Məqsədimizə çatsaq, hər bir vətəndaşımız ofis və evlərindən internet vasitəsi ilə istədikləri xidməti ala biləcəklər. Prezident İlham Əliyev bu il mart ayının 14-də “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Biz hazırda işlərimizi bu tapşırıq çərçivəsində davam etdiririk”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar