Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi çox məntiqli addımdır”


Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi çox düzgün, zərurətdən doğan və yalnız islam dünyasında yox, bütün dünyada böyük əks-səda yaradacaq bir addımdır


PİA.AZ bildirir ki, bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidovun sözlərinə görə, bu gün Azərbaycanın bütün dini konfessiyaları, bütün millətləri öz siyasəti ilə birləşdirdiyini və islam dünyasının ən çətin, ən problemli dövrünü yaşadığını nəzərə alsaq, 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi Azərbaycanın bütün islam dünyasında, ümumiyyətlə, bütün dünyada bir barışdıcı qüvvəyə çevrilməsi baxımından çox məntiqli bir addımdır:

"Həmçinin bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Eyni zamanda, ötən ili "Multikulturalizm İli" elan etməklə Azərbaycan bütün konfessiyaları, dinləri, millətləri qarşılıqlı hörmət əsasında qarşılamaq qabiliyyətini ortaya qoydu və dünyaya göstərdi ki, bu konfessiyalar, dinlər içərisində xüsusi diqqətə layiq olan islam dinidir. Bununla yanaşı, cənab prezidentin "Biz islam dünyasını birləşdirmək istiqamətində səylərimizi ortaya qoyacağıq" sözləri heç də təsadüfi deyil və hesab edirəm ki, bu, həm millətimizin adını islam dünyasında, həm də islam aləmini dünyada yeni və yüksək bir mərhələyə qaldıracaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar