Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“2003 məhbusları”nın işi təxirə salındı


Keçmiş məhbuslar məhkəmə prosesinin yubadılmasından şikayətçidir


Aprelin 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində “2003 məhbusları”nın işi növbəti-dördüncü dəfə təxirə salınıb. 2003-cü ilin 16 oktyabr hadisələrinə görə həbs olunan şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası vəkillərin gəlməməsi səbəbindən baş tutmayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, təqsirləndirilən şəxslərdən bir neçəsi məhkəməyə gəlməyib. Hakim onlar olmadan işə baxmağın mümkünsüz olduğunu əsas gətirərək, məhkəməni aprelin 25-nə təxirə salıb. Xatırladaq ki, bundan əvvəl də təyin olunan iclasa təqsirləndirilən şəxslərdən bir neçəsi gəlmədiyi üçün proses təxirə salınmışdı.

Təqsirləndirilənlərdən Sərdar Cəlaloğlunun sözlərinə görə, dövlətin təyin etdiyi vəkillərin növbəti dəfə gəlməməsi prosesin baş tutmaması ilə nəticələnib: “Yenə vəkillərdən kimsə gəlməmişdi, qanuna görə də vəkillər iştirak etmədiyində məhkəmə keçirilə bilməz. Gərək məhkəmə vəkili prosesə gətirə. Gəlmirsə, məhkəmə onun üçün maraqlı deyilsə, bu, onu göstərir ki, Avropa Məhkəməsinin qərarında göstərdiyi effektiv müdafiə hüququ pozulmaqda davam edir. Hakimə xatırlatdım ki, vəkili prosesə gətirə bilmirsiniz, hələ o, nə dərəcədə bizim hüquqlarımızı qorumaq imkanına malikdir, işlə tanışdır və sair məsələlər necədir?”

İbrahim İbrahimli isə deyib ki, təqsirləndirilənlər vəkillərin iştirakına razılıq verdikdə, özləri prosesdə iştirak etməyə bilərlər: “Biz vəkillərin niyə prosesdə iştirak etməməsi barədə hakimə sual verdik. Hakim isə Vəkillər Kollegiyasının sədrindən vəkillərin məhkəmə prosesinə gəlməsi üçün həm yazılı, həm şifahi şəkildə tələb etdiyini bildirdi. Buna baxmayaraq, vəkillərin prosesdə iştirakı üzürlü, ya üzürsüz şəkildə mümkün olmayıb”.

Qeyd edək ki, proses aprelin 25-i, saat 10.00-a təyin edilib. Avropa İnsan Hüquqları Məhkəməsinin Pənah Hüseyn, Rauf Arifoğlu, Sərdar Cəlaloğlu və digərlərinin barəsində qəbul etdiyi qərara əsasən, yeni hal kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu işə yenidən baxmalıdır. İşlə bağlı Avropa Məhkəməsinin qərarı var. Orada birmənalı müəyyən edilib ki, ədalətli məhkəmə araşdırılması hüququ pozulub. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliyə əsasən, Avropa Məhkəməsinin qərarları mütləq, məcburi xarakter daşıyır. Bu səbəbdən plenum məhkəmə aktlarını ləğv edib, iş üzrə icraata xitam verməli olsa da, proses uzadılır. Məhkəmə baxışı artıq dördüncü dəfədir ki, təxirə salınır.

Xatırladaq ki, 2003-cü ilin 15-16 oktyabr hadisələrində günahlandırılan  Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, İbrahim İbrahimli və Hacı İlqar İbrahimoğlu 2005-ci ilin martında əfv olunublar. Onlar Avropa Məhkəməsinə Azərbaycan hökumətinin Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə hüququ) və 11-ci (sərbəst toplaşmaq azadlığı) müddəalarını pozmasından şikayət ediblər. Avropa Məhkəməsi də 16 oktyabr məhbuslarının xeyrinə qərar çıxarıb.(apa)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar