Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“2001-ci ilədək mövcud olan enerji çatışmazlığı problemi tam aradan qaldırılıb”

"Respublikamızda 2001-ci ilədək mövcud olan enerji çatışmazlığı problemi tam aradan qaldırılıb"


Bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.

Onun sözlərinə görə, daxili istehlak yüz faiz yerli istehsal hesabına ödənilir və respublikadan müəyyən həcmlərdə elektrik enerjisi ixrac olunur.

“2017-ci ildə respublikada ümumilikdə elektrik enerjisinin istehsalı 21,8 milyard kilovat-saat təşkil edib. Bunun 20,2 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 1,6 milyard kilovat-saatı isə su elektrik stansiyalarının payına düşüb. Kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərimiz də əhəmiyyətli dərəcədə yaxşılaşıb. Elektrik enerjisinin istehsalı, ötürülməsi, dispetçer idarəetməsini həyata keçirən və öz fəaliyyəti sahəsində regionda aparıcı müəssisə olan "Azərenerji" ASC-nin başlıca məqsədi və vəzifəsi Azərbaycan Respublikasının elektroenergetika sisteminin dayanıqlılığını təmin etməklə, elektrik enerjisinin istehlakçılara etibarlı, təhlükəsiz və səmərəli ötürülməsini həyata keçirmək, öz fəaliyyətini davamlı şəkildə təkmilləşdirmək, istehlakçıların tələbatını tam həcmdə ödəmək, xarici bazarda inamlı tərəfdaş mövqeyini möhkəmləndirməkdir. ASC və onun tabeçiliyində olan müəssisələr "İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemləri" Beynəlxalq Standartının tətbiq olunmasını bəyan edib”, - deyə E.Pirverdiyev əlavə edib.“APA-Economics”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar