Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“20-ci sahə”də tıxac yaradan 5-6 avtobus... - Fotolar


Metronun “Nəriman Nərimanov” stansiyasından Bayıla - “20-ci sahə”yə gedən 5 saylı və “Azadlıq” metrosundan “20-ci sahə”yə işləyən 6 saylı digər “BakuBus” avtobusları sonuncu dayanacaqda həm sərnişinlərin, həm də sürücülərin hərəkətini məhdudlaşdırır


Belə ki, “20-sahə”də maşınlar üçün olan dairədə sıra ilə düzülən 4-5 avtobus avtomobillərin dönüş etməsi üçün nəzərdə tutulmuş sahəni kiçildir. Bu da orada böyük tıxac yaranmasına səbəb olur.

Digər tərəfdən isə yolu keçmək istəyən sərnişinlər sıraya düzülmüş avtobuslara görə yolun o biri başından gələn maşını görə bilmirlər. Bu da onların həyatına təhlükə törədir.

Bu vəziyyətdən həmin ərazidə xidmət edən taksi sürücüləri də narazıdır.

Taksi sürücüləri virtualaz.org saytının müxbiri ilə söhbətində deyir ki, birdən-birə 4-5 avtobusun burada yığılması hərəkətə mane olur: “Günorta saatlarında nisbətən az olur, amma axşam saat 17:00-18:00 radələrində ən azı 7 avtobus yan-yana düzülür. Bura iki avtobus gəlir, onlardan biri heç olmasa yuxarı - köhnə Muxtarov küçəsinə getsə, sıxlıq azalar. Orada avtobusların dayanması üçün sahə də çoxdur, sərnişin də kifayət qədərdir”.

Taksi sürücülərinin sözlərinə görə, bu avtobusların hərəkət intervalı cəmi 3 dəqiqə olduğundan onları sayı çoxdur, ona görə burada - sonuncu dayanacaqda qalanların sayı da artır: “Ödəniş kart sistemi ilə olduğundan sürücülər avtobusu tez-tez gəlib dayanırlar burada.  Avtobuslar keçmiş Muxtarov küçəsindən dönüb gəlsə, orada yaşayanlar üçün də yaxşı olar. Orada yaşayan nə qədər adam avtobusa minmək üçün bura piyada gəlir”.

Sürücülərdən onu da öyrəndik ki, avtobusların burada dayanmasına xüsusi nəzarət edən, ya da onlara bunu qadağan edən heç kim yoxdur. Başqa sözlə, buradakı böyük tıxaclar “özfəaliyyət” nəticəsində yaranır...(virtual.org)






pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar