Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“1 kq yağ 5 manat 34 qəpiyə idxal olunur” – Qubad İbadoğlu


Nazirlər Kabinetinin kərə yağı və süd məhsullarının idxal rüsumunun üç dəfə azaldılması barədə qərar qəbul edib. Qərara görə, 2017-ci ilin dekabrından bu məhsulların idxal rüsumu 15%-dən 5%-ə azaldılıb. Qərar 31 dekabr 2019-cu ilə kimi qüvvədə olacaq


İqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində yazıb ki, rəsmi məlumatlara görə, ölkəyə 1 kiloqram Yeni Zelandiya yağı 5 manat 34 qəpiyə idxal olunur. Rüsum endirldikdən sonra 1 kq kərə yağının qiyməti orta hesabla 63 qəpik ucuzlaşa bilər.

O bildirib ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunur. Bunun 85 faizi Yeni Zelandiyanın payına düşür.

Ən ucuz yağ Estoniyadan – 2,62 dollar, ən baha yağ Lüksemburqdan – 10,18 dollar idxal edilir.

İndiki məzənnə ilə Yeni Zelandiya yağı 5 manat 33 qəpiyə başa gəlir. Nəticədə 1 kq yağın orta qiyməti 6 manat 80 qəpik təşkil edir.

Dövlət Gömrük Komitəsi (DGK) 1 kq kərə yağının 8 manat 84 qəpiyə idxal olunduğunu açıqlayıb. Ola bilər ki, DGK bu zaman həm də idxal rüsumları və əlavə dəyər vergisini (ƏDV) də həmin qiymətə daxil edib. Belə olan halda 5 manat 34 qəpik gömrük dəyəri olan Yeni Zelandiya yağı üçün əvvəlki qaydalara görə hesablanan 15 faiz gömrük rüsumu 80 qəpik edir, onu da əlavə edəndə gömrük dəyəri və rüsumlar birlikdə 6 manat 14 qəpik olur. Bu məbləğə hesablanan ƏDV 1 manat 10 qəpiyə bərabər olur. Belə olan halda idxlatçı şirkət Yeni Zelandiya mənşəli kərə yağını gömrükdən 7 manat 24 qəpiyə (6 manat 14 qəpik + 1 manat 10 qəpik) çıxarmalıdır”, Q.İbadoğlu qeyd edir.

Ekspert hesab edir ki, mağazalarda yağın ciddi ucuzlaşması gözlənilmir.

“Göründüyü kimi, rüsumun 3 dəfə aşağl salınması hesabına 1 kq kərə yağı digər şərtlər nəzərə alınmadığı halda orta hesabla 63 qəpik ucuzlaşa bilər. Bu isə o kərə yağının satışına qədər də böyük endirimə gətirib çıxarmayacaq. Hesab edirəm ki, 1 aydan sonra başlayan 50-60 qəpiklik ucuzlaşma qısa müddətli dövrdə müşahidə olunacaq və çox keçmədən qiymətlər yenə də əvvəlki səviyyəsinə qayıdacaq”, o bəyan edib.

Qeyd edək ki, oktyabrda ekspertlər, o cümlədən Natiq Cəfərli ilə Gömrük Komitəsi arasında kərə yağının əsassız bahalığı ilə bağlı disskusiya olub. Ekspert Dövlət Gömrük Komitəsini yağ idxalında inhisarçılıqda ittiham etdi.

N.Cəfərli Yeni Zelandiya yağının Azərbaycanla Gürcüstandakı qiymətləri arasında 40% fərqi (18 və 10 manat) izah etməyi tələb edib.

Nazirlər Kabinetinin qərarından sonra Cəfərli Facebook səhifəsində qeyd edib ki, “indi həll edilməmiş bir məqam qalır – rəqabətli və ədalətli mühit yaradılması”.

Xatırladaq ki, hazırda ölkəyə idxal olunan kərə yağının pərakəndə satışda bir kiloqramı 16-18 manatdır (“Amerikanın səsi”).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar