Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“150 min kredit götürüb...” - Murad Arif

“Çox film təklifləri alıram. Amma onların təklif etdikləri qonararla məndən istədikləri vaxt bir-biri ilə uyğun gəlmir. 5 manat pul verib, məndən 115 manatlıq iş istəyirlər. Bizdə də bu sahə başqa ölkələrdəki kimi olmalıdır. Görülən işin haqqı ödənilməlidir"


Bu sözləri Axşam.az-a açıqlamasında müğənni-bəstəkar Murad Arif deyib. 

O, ifaçılara verilən qonorardan şikayətlənib. M.Arif bildirib ki, filmə çəkilmək təklifləri alsa da, verilən qonorar onu qane etmir:

"150 min manat kredit götürüb super bir konsert təşkil edə bilərəm. Buna görə xarici ölkələrdən peşəkar rəqqaslar çağırıb, məkan kirayələyib, işıq, səs effektlərinə külli miqdarda maliyyə ayırdıqdan sonra da açıq qapı etmək nəsə düz gəlmir. 

Hər işdə müəyyən qədər maliyyə məqsədi olmalıdır. Mən ziyana işləmək istəmirəm. Buna görə də bir filmə çəkilmək üçün yaxşı qonarar olmalıdır ki, ora vaxt sərf edim. Mən şəxsi həyatımı, toylarımı, verilişimi, studiya işlərimi bir kənara qoyub, aşağı qonararla bir filmə çəkilə bilmərəm. Pul versinlər ki, çəkilim".

M.Arif etdiyi xeyriyyə işlərindən də söz açıb:

"Tək əldən səs çıxmır. Mən ideya "generatoruyam", bu idealardan bəhrələnmək isə prodakşnların, telekanalların ixtiyarına qalır. Sosial layihələrə hər zaman açığam. Təki kimsə gəlsin, əməkdaşlıq edək. 
Belə şeyləri açıqlamaq çirkinlikdir. Amma onu deyə bilərəm ki, hər bir konsertimdən, layihəmdən, irili-xırdalı fərqi yoxdur bütün gəlirimdəm, aldığım maaşdan belə xeyriyyə fondları üçün vəsait ayrıram".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar