Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“14-15 yaşımda qadınların toyuna gedirdim”


ARB TV-nin "Gəlin danışaq" proqramının növbəti qonağı əməkdar artist Baloğlan Əşrəfov olub


Maraqlı açıqlamalar verən əməkdar artist ilk olaraq sənəti barəsində söz açıb:

"Müəllim ailəsində doğulmuşam. Atam direktor idi. Məktəbin radio qovşağı var idi, fasilələrdə orada musiqi səsləndirirdim. Məktəbdə hamıdan seçilirdim. Rayonda tar məktəbi açılanda ilk qəbul olanlardan biri də mən olmuşam. 7-8-ci sinifdə oxuyanda kənddə qadınların toyuna gedirdim. İlk dəfə o vaxt əlimə pul gəldi, 14-15 yaşım olardı. Qazandığım pul da atama böyük dayaq olurdu. Kənddə yavaş-yavaş tanınmağa başladım. Rayon mərkəzində bir müsabiqə keçirilirdi. Gedib iştirak edib qayıtdım. Qayıdandan sonra kəndimizin mədəniyyət evində tədbirlər keçirməyə başladım. Bakıdan mötəbər şəxs kəndimizə gəlmişdi. Mən də uzun zaman idi məşq edirdim. Mənim orada oxuduğum mahnı o qədər maraqla qarşılandı ki, hər kəs əl çaldı. İkinci dəfə oxudum. Bir günün içində hər kəs məni tanıdı".

Daha sonra sənətçinin yaxın dostlarından olan İttifaq Ağakişiyev Baloğlan Əşrəfov barəsində fikirlərini səsləndirib:

İttifaq Ağakişiyev (Baloğlan Əşrəfovun dostu): "Onunla bir yerdə böyümüşük. Onu el şənliklərinə mən aparırdım. Bəzi mahnılar vardı ki, toyda birlikdə oxuyardıq. O, ara mahnılarını oxumazdı. Əgər tələb çox olardısa, həmin mahnının sözlərini 90% dəyişərdi. Onun söz ehtiyatı çox idi. Bir də görürdün ki, toyun ortasında nəsə xırda bir şey yazırdı, bizə verərdi, hamı oxuyub gülərdi".(milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar