Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“...iqtidar komandasında böyük dəyişikliklər olacaq”


Fazil Mustafa: “Prezidentə mane olacaq hər hansı bir qrup yoxdur”


Ötən ilin sentyabrında Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun 11 ayı yaxınlaşır. 

Bu müddət ərzində referenduma əsasən ciddi struktur dəyişikliklərinin olacağı, iri ranqlı məmurların vəzifələrini itirəcəyi, yeni təyinatların baş verəcəyi, hətta ölkədə qısa müddətdə prezident və parlament seçkilərinin keçiriləcəyi deyilsə də, indiyə qədər bunların heç biri baş vermədi.

Bütün bunlar ictimaiyyət daxilində ciddi müzakirələrə yol açıb. Doğrudur, referendumdakı dəyişikliklərə əsasən, ölkədə I vitse-prezident təyinatı oldu və bu postun sahibi faktiki hökumətin ikinci səlahiyyətli şəxsi statusunu qazandı. Lakin vitse-prezidentlər institutu hələ də tam formalaşmayıb. Bundan əlavə, referendumdan 5 ay sonra nəqliyyat naziri Ziya Məmmədov vəzifəsindən azad olundu nə nazirlik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Bu iki mühüm hadisədən başqa demək olar referendum ətrafında elə də ciddi bir hadisə baş vermədi.



Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa hesab edir ki, bir sıra məsələlər prezident seçkilərindən sonrakı dövrə saxlanılıb: “Referendumdan sonra müəyyən dəyişikliklərin baş verməsi cəmiyyət tərəfindən bilindi. I vitse-prezident postuna Mehriban xanım təyin olundu. Yeni bir institutun formalaşması üçün müəyyən qanunvericilik bazasının yaranması istiqamətində addımlar atılır. Bunların özü də struktur dəyişikliyi ilə xarakterizə olunur. Müəyyən layihələrin üzərində çalışmalar ola bilər. Hesab edirəm ki, bunlar daha çox prezident seçkiləri ərəfəsində baş tuta bilər. Hansısa bir vəzifələrin birləşdirilməsi, müəyyən dərəcədə yeni təyinatların baş verməsi çox da çevik yaxud gözlənilən kimi müşahidə olunmur. Bu konstitusion hüquqdur. Hüququn gerçəkləşməsi üçün istənilən vaxt prezident tərəfindən müəyyən addımlar atıla bilər. Burada müddət qoyulmayıb. Hansı vəzifəyə kiminsə nə vaxt təyin olunması prezidentin səlahiyyətinə aid olduğuna görə, bunu fəaliyyətin baş verməməsi kimi tələb olaraq qoymaq düzgün deyil. Bu hüquq prezidentə məxsus olduğundan gözləmək lazım gəlir. Çox güman ki, bunlar dediyim kimi prezident seçkiləri zamanı yaxud ondan sonra baş verə bilər. Çünki prezident seçkilərindən sonra 7 illik müddət ilk dəfə olaraq başlayır. O zaman tamam fərqli bir vəziyyətin şahidi olacağıq. Prezidentə mane olacaq hər hansı bir qrup yoxdur. Zaman göstərdi ki, istənilən qərarı istədiyi şəkildə qəbul edə bilir. Qrupların maraqlarının nəzərə alınması tendensiyası da doğru deyil. Dövlətin maraqları var, idarəetmənin maraqları var. Əgər maraqlar tələb etsə ki, hansısa bir yeniləşməyə, daha çevik struktura ehtiyac var, o zaman lazımı addımlar atılacaq. Məncə, bunu qrupların maraqları kimi təqdim etmək, yaxud onların gücünü şişirtmək, həmçinin bunu ayrıca bir mövzu kimi düşünmək doğru deyil. Faktiki olaraq ölkədəki idarəetmədə prezidentin iradəsinə qarşı dura biləcək hakimiyyətdaxili qruplar içərisində hansısa bir qüvvə yoxdur”.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə tamam fərqli düşünür. O hesab edir ki, bu ilin sonuna qədər hakimiyyət komandasının formalaşması prosesi başa çata bilər: “Yeni islahatlar aparan komandanın formalaşması zəruridir. Qarşıdan 2018-ci ilin prezident seçkiləri gəlir. Düşünürəm ki, o seçkilərə yeni layihələr, addımlarla getmək olar. Bu da normaldır. Əks halda proseslər kifayət qədər çətin ola bilər. Məndə olan məlumatlara görə, bu ilin sonlarına qədər iqtidar komandasında dəyişikliklər olacaq. "Yol Xəritəsi"nin işə salınması ilin sonları yaxud gələn ilin əvvəllərində ola bilər. Amma komanda daxili problemlər var. Ciddi müqavimət göstərilir. Məncə, əsas problem buradadır. Prezident seçkilərinə qədər cəmiyyətə ciddi mesajlar vermək lazımdır. Cəmiyyət bu hakimiyyətdən islahatları gözləyir, vəziyyətin müsbət istiqamətdə dəyişməsini istəyir. Ona görə də, seçici auditoriyası bunu dərk etməli, görməlidir. Bu baxımdan qeyd etdiyim addımlar atılmasa, vəziyyət kifayət qədər ağır olacaq. Məncə, hakimiyyətdə rəhbərlik səviyyəsində bunu yaxşı başa düşürlər. Son 11 ayda dəyişikliklərin yubanmasına səbəb kimi, komandanın buna hazır olmamasını görürəm. Komanda daxili bu dəyişikliklərin baş verməməsini istəməyənlər də buna mane ola bilərlər. Düşünürəm ki, əsas amil budur". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar