Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“...görün başqa yerlərdə vəziyyət necədir”


Bu ilin birinci rübündə işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən illə müqayisədə 14,1 dəfə çox olub


Azərbaycanda işçi hüquqlarının təminatına, o cümlədən əməyin mühafizəsi standartlarının tətbiqinə dövlət nəzarəti son vaxtlarda xeyli gücləndirilib”.
 
APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 28 aprel-Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “İş yerində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi” mövzusunda keçirilən konfransda çıxışında deyib ki, təkcə cari ilin birinci rübündə həyata keçirilən dövlət nəzarəti zamanı əmək qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin birinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub. Onun sözlərinə görə, bu rəqəm ümumən son iki ildə tətbiq olunan müvafiq cərimələrin ümumi məbləğinə bərabərdir. Nazir əlavə edib ki, əsas məqsəd işəgötürənlərdə əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi insanların əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissi artırılmasından ibarətdir: “Əlbəttə, bu cərimələrin çox olması heç də sevindirici hal deyil. Çünki bu onu göstərir ki, kütləvi şəkildə əmək qanunvericiliyinin pozulması halları yerlərdə baş verir və Dövlət Əmək Müfəttişliyi məcbur olub belə cərimələr tətbiq edir. Ona görə də düşünürəm ki, qeyri-hökumət təşkilatları dünyanın hər yerində olduğu kimi daha səmərəli və daha çox əhatəli şəkildə bu proseslərdə iştirak etmələri cəmiyyət üçün daha səmərə verə bilər. Yaxşı olardı ki, məhz əməyin mühafizəsi və əmək təhlükəsizliyi məsələləri üçün Dövlət Əmək Müfəttişliyinin ayrıca “qaynar xətt”i yaradılsın. Belə halları hansı təşkilat və ya fiziki şəxs gördüyü halda “qaynar xətt”ə məlumat versin. Qeyri-hökumət təşkilatlarının iştirakı ilə yaradılmış qurum vasitəsilə dərhal bu hallara reaksiya verilsin”.
 
Nazir əməyin mühafizəsi ilə bağlı özünün şahidi olduğu hadisəni də qeyd edib: “Nazirlikdə oturduğum binanın 16 mərtəbəsi ilə üzbəüz bina tikilir. Mən baxıram ki, bir gün fəhlələr formalarını geyir, kaskalarını taxırlar, ikinci gün heç bir şey yoxdur. Üçüncü gün bellərində kəmərləri var, amma dördüncü gün yoxdur. Buna görə də mən dərhal tapşırıq verdim ki, iş dayandırılsın və göstəriş verilsin. Nazirin gözünün qarşısında belədirsə, görün başqa yerlərdə vəziyyət necədir. Ona görə də cəmiyyət olaraq hamımız belə proseslərin qarşısını almaq üçün daha yaxından iştirak etməliyik”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar