Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“...Partlayışa az qalıb” - Hacı İbrahim


Hacı İbrahim “Xəzər Adaları”nda gedən işlərdən, 125 dünya gözəlinin iştirakı ilə keçiriləcək konsert proqramından və Mübariz Mənsimovla görüşündən danışdı


“Avesta” konserninin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli “Yeni Müsavat”ın suallarını cavablandırıb. O, “Xəzər Adaları” layihəsində gedən son işlərdən, 125 dünya gözəlinin gətirilməsindən, qarşıdakı hədəflərdən və iş adamı Mübariz Mənsimovla görüşündən danışıb. Müsahibəni təqdim edirik:

- İbrahim bəy, hazırda “Xəzər Adaları”nda hansı işlər gedir? 

“2014-cü il üçün əsas hədəfimiz ondan ibarətdir ki, “Xəzər Adaları”nda 10 restoran fəaliyyətə başlasın. Daha sonra gecə klubu da açılacaq, axşam saat 6-dan fəaliyyət göstərəcək” 

 
- Bu dəqiqə layihə üzrə bütün işlərimiz yüksək səviyyədə gedir. Mən işlərin gedişindən çox razıyam. Artıq ikinci körpünü işləyib qurtardıq, üçüncü körpünün də betonu töküldü. Daha sonra 4-cü körpünün tikintisinə başlayacağıq. 

Bilirsiniz ki, ilk etapı yekunlaşdırmaq üçün 6 körpünü inşa edib başa çatdırmalıyıq. Çox şükür ki, işlər öz axarı ilə gedir. İlk etapdan sonra 7 min adam burada yaşaya biləcək. Sağlıq olsun, 2021-ci ilə qədər bütün işlər yekunlaşacaq.

- İndi açılışı olan və fəaliyyət göstərən hansı obyektlər var? 

-  Bir çimərlik, iki restoran fəaliyyət göstərir. Avqustun 30-da konsert təşkil edəcəyik. Xaricdən qonaqlar dəvət olunub. Sentyabrda iki balıq restoranı, bir 450-500 nəfərlik şadlıq evi açmaq planda nəzərdə tutulub. İtalyanlar isə suşi restoranı, çaxır evi ilə bizi təmin edəcəklər. Bu obyektlər də oktyabrda açılacaq. Ümumiyyətlə, 2014-cü il üçün əsas hədəfimiz ondan ibarətdir ki, “Xəzər Adaları”nda 10 restoran fəaliyyətə başlasın. Daha sonra gecə klubu da açılacaq, axşam saat 6-dan fəaliyyət göstərəcək. 

“Heç bir plyajda dənizin suyunu təmizləmirlər. “Xəzər Adaları”nda isə vətəndaşlarımız dəniz suyu təmizlənmiş suda çimirlər. Bu da bizi başqalarından fərqləndirir”

- Çimərliyə gələnlər çoxdurmu? 

- Təzə başlamışıq. Birdən-birə axın ola bilməz. Amma o gün baxdım ki, 5-10 ailə çimərliyə gəlmişdi, istirahət edirdi. Bizim çimərliyin özəlliyi var. Bu da onu Azərbaycandakı bütün çimərliklərdən fərqləndirir. Heç bir plyajda dənizin suyunu təmizləmirlər. “Xəzər Adaları”nda isə vətəndaşlarımız dəniz suyu təmizlənmiş suda çimirlər. Bu da bizi başqalarından fərqləndirir. Çimərliyin ərazisi çox genişdir. Hardasa, 4-5 min adam yerləşə bilər. Buranın barı, hovuzu var. 

- Hacı, 125 dünya gözəli gətirmisiniz, bəs yarışma nə zaman başlanır? 

- Bəli, ölkələrinin gözəllik yarışmasında qalib gəlmiş 125  dünya gözəli “Xəzər Adaları”nda istirahət etməyə dəvət edilib. Avqustun 30-də dünyanın 125 ölkəsindən gələn gözəlin iştirakı ilə konsert proqramı da təşkil olunacaq. Konsert proqramında Azərbaycan və Türkiyə ilə yanaşı, dünyanın bir neçə ölkəsindən tanınmış ifaçıların çıxış edəcəyi gözlənilir. Bilirsiniz ki, “Khazar Island” gözəllik yarışmasına da sponsorluq edir. 

Ona görə də dünyanın 125 gözəli “Khazar Island”da istirahət edirlər, buranın çimərliyindən istifadə edirlər. “Khazar Island”da təkcə onları deyil, həm də tanınmış müğənniləri görə bilərsiniz. Onu da deyim ki, avqustun 21-dən etibarən çimərlik mövsümü bitənədək “Khazar Island”ın çimərliyindən istifadə pulsuz olacaq. Avqustun 30-da dünya gözəlləri çimərlikdə olacaqlar, dənizdə çiməcəklər. “Cristal Hall” zalında olacaq. Konsert 10 min adamın iştirakı ilə keçiriləcək. 

“Bodrumda Mübariz Mənsimov “Palmalı” istirahət mərkəzi açıb, restoranları, kafe və barları var. Hamı ora gedir. Çox gözəl yaradıb. Çünki dənizin içində gəzmək yaxşıdır. Zaman gələcək Azərbaycanda da hamı “Xəzər Adaları”na axışacaq. Mən buna inanıram.” 

- Layihəyə investisiya yatırımında nə yenilik var? 

- İnvestorların ciddi şəkildə marağı var. Artıq 200 milyon investisiya qoyulacaq. 1 milyard investisiyanın 200 milyonu yatırım ediləcək. Yeni investorlar gələcək. Bu layihə üzrə partlayışa az qalıb. Özünüz də görəcəksiniz. 

“Türkiyədə böyük işlər görür. Azərbaycanı çox sevir, vətənpərvər adamdır. Düzü, onunla fəxr etdim, bayrağımızı yüksəldir”


Bu günlərdə Türkiyədə Bodrumda dincəlirdim. Bodrumda Mübariz Mənsimov “Palmalı” istirahət mərkəzi açıb, restoranları, kafe və barları var. Hamı ora gedir. Çox gözəl yaradıb. Çünki dənizin içində gəzmək yaxşıdır. Zaman gələcək Azərbaycanda da hamı “Xəzər Adaları”na gedəcək. Mən buna inanıram, onun üçün gecə-gündüz çalışıram. 

- Mübariz Mənsimovla görüşdünüzmü, onunla işbirliyiniz varmı?

- Bəli, Bodrumda olanda Mübariz Mənsimovla görüşdüm. Mübariz Mənsimovla münasibətimiz var, çox yaxşı insandır. Görüşəndə söhbət etdik. Bacarıqlı iş adamıdır. Ona böyük hörmətim var. Türkiyədə böyük işlər görür. Azərbaycanı çox sevir, vətənpərvər adamdır. Düzü, onunla fəxr etdim, bayrağımızı yüksəldir, Bodrumda yaxşı işlər görür. Amma Mübariz Mənsimovla işbirliyimiz yoxdur. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar