Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Сümhuriyyət üçünyaz və 1000 manat QAZAN

“Yeni Çağ”ın yeni layihəsi başladı


2018-ci ildə 100 illik mirasın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində qeyd edilməsi məqsədilə İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar “Yeni Çağ” Media Qrupu da bir sıra tədbirlər planı nəzərdə tutub. Bunlardan biri də Media Qrupun elan etdiyi #cümhuriyyətüçünyaz müsabiqəsidir.

Yenicag.az xatırladır ki, 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti  cəmi 23 ay yaşamasına baxmayaraq, bu zaman kəsiyində 155 parlament iclası keçirilmiş, Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün zəmin hazırlayıb. Və bu tarixi varislik üzərində 1991-ci ildə Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa edərək yeni müstəqil Azərbaycan dövlətini yaratdı. Çətin şəraitdə yenidən qurulan Azərbaycan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə rahat nəfəs aldı və dövlət müstəqilliyimiz qorundu. Bu gün Azərbaycan İlham Əliyevin rəhbərliyi altında inkişaf etməkdədir.

#Cümhuriyyətüçünyaz haştaqı ilə təqdim olunan müsabiqənin əsas məqsədi AXC tarixini yaxşı bildiyinizi üzə çıxarmaqla yanaşı bunu daha yaradıcı şəkildə təqdim etməyinizdir. Seçilən qalibə 1000 manat, 2-ci yerə 500 manat, 3-cü yerə isə 300 manat təqdim olunacaq. Postu yazarkən diqqətli olun, hər bir istifadəçi yalnız 1 (bir) post yaza bilər. Maksimum yazı sayı 200, minimum isə 10-dur.

Müsabiqə 28 mayda başa çatacaq və qaliblər elan olunacaqdır.

Qeyd edək ki, “Yeni Çağ” Media Qrupunun bu müsabiqəsi “Palmali” Şirkətlər Qrupunun baş sponsorluğu ilə həyata keçirilir. Müsabiqəyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Türkiyə Evi (ATEV), “Büyükfırat” Şirkətlər Qrupu, “Hilal” İctimai Birliyi və “Lombard N:1” dəstək verir. 


https://cumhuriyyetucunyaz.yenicag.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar