Bu bəyanatla Emmanuel Makron çıxış edib
Geopolitik dəyişikliklər ondan xəbər verir ki, Qərbin hegemonluğu dövranının sonu çatır.
Bu barədə avqustun 27-də Fransanın prezidenti Emmanuel Makron səfirlərin iclasındakı çıxışında bəyan edib.
«Biz, dünyada Qərb hegemonluğunun sonunu görürük. Vəziyyət dəyişir. Bu vəziyyətə gətirən amillər arasında «yeni güclərin möhkəmlənməsi», Çinin getdikcə daha çox gözə çarpan liderliyi və Rusiyanın öz strategiyasında böyük uğurları aparıcı rol oynayır» – deyə, Makron qeyd edib. (AzPolitika.info)
Pia.az